“Şah Qacar” tamaşası nümayiş olunub

Yanvarın 15-də Akademik Milli Dram Teatrında dövlət sifarişi ilə hazırlanan “Şah Qacar” tamaşası nümayiş olunub.  Əməkdar İncəsənət Xadimi Əli Əmirlinin ““Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azər Paşa Nemətin hazırladığı iki hissəli faciənin elmi məsləhətçisi Çingiz Qacardır.

Səhnə əsərinin bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Vidadi Həsənovdur.

Tamaşada xalq artistləri Fuad Poladov (Şah Qacar), Laləzar Mustafayeva (Ceyran xanım), əməkdar artistlər Sabir Məmmədov (Sadıq xan), Məmməd Səfa (Kərim xan Zənd), Anar Heybətov (Cəfərqulu xan), Vidadi Həsənov (Şeyx Cəfər Tonkabuni), Mətləb Abdullayev (Məhəmməd Əli xan Bəylərbəyi), Kazım Abdullayev (Əli xan Cocuq), Ayşad Məmmədov (Axund Hacı Babək) və başqaları iştirak edib. 

1 comment

  1. Şəhla xanım Yanvar 24, 2016 7:44 axşam 

    Aktyor oyunu gözəl, musiqi tamaşanı tamamlayır,quruluş maraqlıdır.Qacar -möhtəşəm,Fuad Poladov-ondan möhtəşəm.Fuad Poladov un Qacarı təkrarolunmazdır.Ona tamaşa etdikcə ilahi bu necə oynamaqdır? Bu nə gözəl bir ifadır? deyə özümə sual verirdim.Böyük bir heyranlıqla ,gözümü deyərdim qırpmadan tamaşaya baxdım.Böyük zövq aldım.Onun səsi,maneralaraı …dahi aktyotr!!! Bütün zəhməti olanlar-böyük təşəkkürlər!!!Böyük zövq aldıq.

Şərh yaz