Akademik Milli Dram Teatrında “Müsyo İbrahim və Quran çiçəyi” tamaşası nümayiş olunub.

IMG_9902Erik Emmanuel Şmitdin eyni adlı əsəri əsasında hazırlanan iki hissəli dramı Azərbaycan dilinə Yaşar Əliyev tərcümə edib.

Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində xalq artisti Fuad Poladov (Müsyö İbrahim), aktyor Murad İsmayılov
(Moisey), əməkdar artistlər Sabir Məmmədov (Ata), Şəlalə Şahvələdqızı (Bricit Bardo), Mehriban Zəki (Ana), aktyorlar Fidan Cəfərova (Qız), Sərdar Rüstəmov (İnspektor), Adil Dəmirov (Polis), Vüsal Mustafayev (Avtomobil satıcısı) çıxış ediblər.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru, xalq artisti Azərpaşa Nemətdir.IMG_9878

Qeyd edək ki, fransız yazıçısı və dramaturqu Erik Emmanuel Şmidtin 2001-ci ildə yazdığı əsər dünyanın 20-dən artıq teatrında tamaşaya qoyulub.

Bir cavab yazın