Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Mərhumun mesajı” tamaşasının son məşqləri aparılır

Yazıçı Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanan Mərhumun mesajı” tamaşasının quruluşçu rejissoru əməkdar incəsənət xadimi Oruc Qurbanov, rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı İzzət Qurbanov, rejissor assistenti Vüqar Məmmədovdur.

Səhnə əsərində xalq artistləri Bəsti Cəfərova, Səidə Quliyeva, əməkdar artistlər Sabir Məmmədov, Ələsgər Məmmədoğlu, Əli Nurzadə, Mətanət Atakişiyeva, Almaz Amanova, aktyorlar Mirzə Ağayev, Kazım Həsənquliyev, Sərdar Rüstəmov, Günel İmanova, Kənan Nur çıxış edəcəklər.
Tamaşanın premyerasının dekabr ayında keçirilməsi nəzərdə tutulub.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir