Akademik Milli Dram Teatrında “33 pərdəli dram” kitabının təqdimatı keçirilib

33perdelidramAkademik Milli Dram Teatrında Ramilə Qurbanlının “33 pərdəli dram” kitabının təqdimatı və imza günü keçirilib. Təqdimat mərasimində çıxış edən teatrın bədii rəhbəri-baş rejissoru, xalq artisti Azər Paşa Nemət sənət adamlarının həyat və yaradıcılığına həsr olunan kitabların çapını yüksək qiymətləndirib. Xalq artisti qeyd edib ki, Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafı üçün onun hərtərəfli araşdırılmasına və təbliğatına ehtiyac var. Mədəniyyət və incəsənət, o cümlədən ədəbiyyat xadimlərinin sənət və həyat yolları oxucu kütləsi üçün həmişə maraq kəsb edib.

Xalq yazıçısı Çingiz Abdullayev, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı Sərraf Hüseynov, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, xalq artisti Fuad Poladov, yazıçı-dramaturq Əli Əmirli və başqaları kitabın dəyərindən, müəllifin mədəniyyət xadimlərinə olan diqqətindən bəhs ediblər.

Qeyd olunub ki, kitab 33 sənətkarın bütün həyat və yaradıcılığını, keçdiyi sənət yolunu canlandırır və bu sahədə gənc nəslin maariflənməsinə xidmət edir.

Təqdimat mərasimində müəllif oxucuları üçün kitab imzalayıb.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir