Azərpaşa Nemət “Visions of Azerbaijan” jurnalına müsahibə verib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru, xalq artisti  Azərpaşa Nemət “Visions of Azerbaijan” jurnalına müsahibə verib.

Azərpaşa Nemət ingilisdilli jurnalın əməkdaşının suallarına cavabında teatr karyerası, indiyədək səhnəyə hazırladığı tamaşalar haqqında məlumat verib, teatr sənəti ilə bağlı təcrübəsini bölüşüb.

Xalq artisti Azərbaycan dramaturgiyası, səhnə həllini verdiyi tamaşalar, onun rejissor kimi formalaşmağında xidmətləri olan teatr xadimləri haqda da fikirlərini bölüşüb.

Qeyd edək ki, “Visions of Azerbaijan” jurnalı 2006-ci ildə yaradılıb.

Jurnal Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı və s. sahələr üzrə yazılar dərc edir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir