Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Minskə qastrol səfərinə yollanıb

Kollektiv  Belarusda keçiriləcək Gənclərin II Beynəlxalq Teatr Forumunda “İlahi oyun” tamaşası ilə iştirak edəcək.
Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutub.
Beynəlxalq tədbir MDB və Baltikyanı ölkələri, Gürcüstanı əhatə edir və “İlahi oyun” tamaşası ilə açılacaq.
“Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış birhissəli etno-müziklın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.
Səhnə əsərinin musiqi tərtibatı Vidadi Həsənov və Mikayıl Mikayılova,
rəqslərin quruluşu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovaya məxsusdur.
Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edirlər.
“İlahi oyun” tamaşası Belarusun Yanka Kupala adına Milli Akademik Teatrında oynanılacaq.
Qeyd edək ki, Gənclərin II Beynəlxalq Teatr Forumu Beynəlxalq Çexov Teatr Festivalı çərçivəsində gənc rejissorların işlərinə baxış məqsədi ilə təşkil olunur.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir