Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələri genişlənir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələri genişlənir. MDB, Avropa və türkdilli ölkələrin teatrları ilə qarşılıqlı qastrol səfərlərinin təşkili, dramaturji materialların, rejissor və teatr rəssamlığı sahəsində mübadilə məsələlərinin, qarşılıqlı mədəni bəhrələnmənin perspektivləri nəzərdə tutulub.

Hazırda Makedoniya Milli Dram Teatrı Akademik Milli Dram Teatrına əməkdaşlıqla bağlı müraciət edib. Müraciətdə qeyd olunan məsələlərin təşkili ilə bağlı təkliflər irəli sürülüb.

Mətbuat xidmətindən əlavə ediblər ki, Monteneqronun Azərbaycandakı səfirinin iştirakı ilə qeyd olunan ölkənin teatrı Akademik Milli Dram Teatrına əməkdaşlıq təklifi ilə çıxış edib.

Yaxın vaxtlarda hər iki teatrın direktorunun görüşü nəzərdə tutulub.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir