Səyavuş Aslan – 80

Siyavush aslanAkademik Milli Dram Teatrında Səyavuş Aslanın 80 illik yubileyi keçirildi

Noyabrın 25-də saat 19:00-da Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Aslanın 80 illik yubiley gecəsi keçirildi. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı baş tutdu.

Tədbirdə Akademik Milli Dram Teatrının baş rejissoru-bədii rəhbəri Azərpaşa Nemət, xalq artistləri Hacı İsmayılov, Bəsti Cəfərova, kinoşünas, əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə S. Aslanın kino və teatr fəaliyyətindən danışdılar, xatirələrini bölüşdülər.

Yubiley mərasimində S. Aslanın çəkildiyi filmlərdən və lentə alınan tamaşalardan səhnələr nümayiş olundu.

Yubiley tədbirinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Qeyd edək ki, S. Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. O, aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb.

1984-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan Səyavuş Aslan 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.

2 Comments

  1. Fidan Noyabr 23, 2015 12:07 səhər  Cavabla

    Biletler necheyedir?

    • farhad Noyabr 23, 2015 9:56 axşam  Cavabla

      Tədbirə giriş dəvətnamə ilədir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir