
HƏYATI
23 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsini bitirmişdir.
2002-2004-ci illərdə Bakı Bələdiyyə Teatrında aktrisa kimi fəaliyyət göstəmişdir. Ləman İmanova 24 fevral 2005-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.
YARADICILIĞI
Bakı Bələdiyyə Teatrı
- Elektra (“Elektra”, Sofokl)
- İradə (“Daşa dönmüş ürəklər”, X. Əlimirzəyev)
- Cadə (“Xəyanətin müsibəti”, İ. Kərimov)
- Arzu (“Oğul”, Aqşin Babayev)
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
- Mariya (“Ağlasığmaz qətl”, Alber Kamü)
- Dinarə (“Başdanayağa oyun”)
- Qəndab (“Ölüləri qəbiristanlıqda basdırın”, İsmayıl Şıxlı)
- Liza (“Mesenat”, Əli Əmirli)
- Sənəm (“İkinci səs”, Bəxtiyar Vahabzadə)
- Madmuazel (“Dirilən adam”, Mir Cəlal)
- Əsmər (“Füzuli və Əsmər”, Mirmehdi Seyidzadə)
- Esmiralda (“Kvazimodo”, Viktor Hüqo)
- Mələk (“Alın yazısı”, T. Minulin)
- Qənirə (“İrəvanda xal qalmadı”, Hidayət Orucov)
- Nata (“Nazirin xanımı”, Branislav Nuşiç)
- Natəvan (“Mənim günahım”, İlyas Əfəndiyev)
- Səltənətbəyim (“Qarabağnamə”I.Əfəndiyev)
- Bettina (“Silindr” Eduardo de Filippo)
- Zeynəb (“Ölülər” C. Məmmədquluzadə)
- Röya (“Vəsiyyət” H. Mirələmov)
- Zeynəb (“Cəhənnəm sakinləri”, Elçin)
FİLMOGRAFİYA
- Oyya (“Mükafat” film, 2004)
- Vəfa (“Bacanaqlar” teleserial)
- Sənubər(“Ünvansiz eşq” serial)
- Tutu (“Tufanlı Səma” serial)
- Aytən (“Bir Ailəm var” serial)
- Həkim (“Həyat sən nə qəribəsən” serial)
- Nəsibə (“Ata ocağı” serial)
- Rəna (“Könül yarası”)