Zeynalov Cümşüd

Dram artisti

1982ci il oktyabrin 2-də Ağstafa rayonunun Həsənsu kəndində dünyaya göz açmışdır. İlk təhsilini 1989-2000 ci illərdə Habil Əzizov adına Vurğun qəsəbə orta məktəbində almışdır. 1994-1999 illərdə Hüseyn Arif adına musiqi məktəbində qarmon sinfində təhsil almışdır. 2001-2002 İllərdə hərbi xidmətdə olmuş, geri qayıtdıqdan sonra 2003 cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsinə qəbul olmuşdur və 2007 ci ildə oranı bitirmişdir. 2007-2008 ci illərdə Bakı Bələdiyyə teatrı, 2012-2014cü illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərkibində Vahid Satira Teatrında çalışmışdır. 2012ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışır.

YARADICILIĞI

Bakı Bələdiyyə Teatrı

  • Oktov (Skapenin Kələkləri)
  • Kəndli (Nadir Şah)
  • Azər əsgəri (Türk sancağı)
  • Jurnalist (Daşa dönmüş ürəklər)

Vahid Satira Teatrı

  • İdmançı (Yolunu azmış sərnişinlər)
  • Kişi (Kor Kürsü)

Gənc Tamaşaçılar Teatrı

  • Aydın (Sən həmişə mənimləsən)

Akademik Milli Dram Teatrı

  • Sakin (Qatarın altına atılan qadın)
  • Polis (Anamın kitabı)
  • Ayı, Həkim (Qaraca qız)
  • Redaktor (Sənətkarın taleyi)
  • Quldur Əhməd (Biri vardı biri yox..)
  • Polis (Nazirin xanımı)
  • Ceyranzadə (Mənim günahım)
  • Majardon (Kölgə)
  • Dəmirqaya (Əmir Teymur)
  • Şair (Laləli düzən)
  • Polis (Generalın son əmri)
  • Keçəl (Keçəlin şahlığı)
  • Əhməd (Aldanmış ulduzlar)
  • Bobçinskiy (Müfəttiş)
  • Zindanbaşı (Qətibə İnanc)
  • Nazir Ağabəşir Ağa (Lənkəran xanının vəziri)
  • Kosa (Kosanın qızı)
  • Skripkaçı, Professor Armud (Çipollino)
  • Həkim Bayquş ( Buratino)

Serial

  • Qəssab Arif (Qız yükü)
  • Polis (Tacirlər)
  • Əsgərliyə gedən (Yalan)
  • Cümşüd (Tahirənin intiqamı)
  • Müstəntiq (Qeyri adi cihaz)
  • Xəstə (Məcnunlar)
  • Müğənni (100000 Manat)
  • Şaxta Baba (Üç görüş)
  • Cümşüd (Bizim Yek 1-4)
  • (Gəl təzədən evlənək)
  • Vilayət (Yollara uzanan gün)
  • Yəhya gülü (Əli və Nino)
  • Elşad (İmtahan)
  • Sahib (Uçurum)
  • Aydın (Bir qadın)
  • Nizami (Bizim restoran)
  • Div (Cırtdan Meqa Şou)