Aslan Adil oğlu Şirinov

Aparıcı səhnə ustası

Aslan Adil oğlu Şirin 25 aprel 1969-cu ildə Bakıda anadan olub.1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyoluğu fakültəsini bitirib.Bir müddət Azərbaycan Televiziyasında aparıcı kimi fəaliyyət göstərib.1998-ci ildən Akademik Milli Dram Teatrına aktyor ştatına götürülən Aslan Şirin teatrın səhnəsində bir çox maraqlı rollar ifa edib.

İlk dəfə kamera qarşısına hələ 16 yaşında “Bəyin oğurlanması” filmində epizodik rolla keçən Aslan Şirin,sonradan Azərbaycan Dövlət Televiziyasında hazırlanan “Dəvətnamə” (Həmid),“Bir yay günü”(Əhmədağa) əsərlərinin teletamaşalarında oynayıb.

Aslan Şirinov 2002-ci ildə Gənclər və Turizm Nazirliyinin təsis etdiyi “İlin ən yaxşı aktyoru” nominasiyasına layiq görülüb.

Aslan Şirin Akademik Milli Dram Teatrında işlədiyi dövrdə bir sıra  yaddaqalan rollar oynayıb.

Elçinin “Ah,Paris,Paris” də Aparıcı,”Mənim ərim dəlidir” də Oğul,”Şıltaq şahzadınin nağılı” da Aparıcı,B.Vahabzadənin “Özümüzü kəsən qılınc”-da Şeytan,”Dar ağacı”da Rəhman,Elçinin “Mənim sevimli dəlim”də Hoqqabaz, Hidayətin “Bu dünyanın adamları”da Səkinənin əri,V.Sekspin “Hamlet” də Aktyor və Ozrik,S.Vurğunun”Fərhad və Şirin”də Kəndli,Sofoklun”Şah Edip”də  Sərkərdə,V.Babanlının “Ana intiqamı”da Erməni,M.F.Axundzadənin“Lənkəran xanının vəziri”də Heydər,Ç.Aytmatovun “Sokratı anma gecəsi”də Cəllad,X.   Qocanın“Hərənin öz payı”da Xor dirijoru,J.B.Molyerin”Skapenin kələkləri”də Leandr,Ə.Əmirlinin “Varlı qadın” da Qara,”Bahar qızı”da Tülkü,H.Cavidin”Afət”  də Oqtay,C.Məmmədquluzadənin”Ölülər”də Əlibəy,M.Calalın “Gödək” də Gödək,İ.Əfəndiyevin “Xurşidbanu Natavan”da Fərəc bəy,A.Şaiqin “Eloğlu”da Baloğlan,V.Hüqonun”Kvazimoda” da Kvazimoda,H.Cavid “Şeyda”da Yusif,E.D.Filipponun “Kabuslar”da Qastone,V.Şekspirin “On ikinci gecə və ya hər nə istəsəniz”də Malvolio,M.Friş “Don Juan və həndəsə”də Loperello,Elçinin”Şeksir”də Sanitar,C.Məmmədquluzadənin “Anamın kitabı”da Səməd bəy,Elçinin”Sənətkarın taleyi”də Gənc teatr vurğunu,R.Kuinin “Zorən şorgöz”də Corc,B.Nuşiçin “Nazirin xanımı”da Çeda,Y.Şvartsın”Kölgə”də Kölgə,Əfqanın”Oliqarx”da Güloğlan,V.Şekspirin “On ikinci gecə və yaxud hər nə istəsəniz”də Malvolio,N.V.Qoqolun”Müfəttiş”də Pyotr İvanoviç Dobçinski,C.Məmmədquluadənin”Dəli yığıncağı”da Həmzad Qurban,İ.Əfəndiyevin”Qarabağnamə”də Lisanoviç,Ə.Əmirlinin”Şah Qacar”da Şeyx Cəfər Tonkabanu,C.Cabbarlının”Almaz”da Barat və s.rolar oynamışdır.

Aslan Şirin teatrdakı obrazlarla yanaşı kino ekranında da maraqlı rollar oynamışdır.”Ümid”,”Dəvətnamə”,”Bir yay günü”,”Yeni həyat”,”Yoxlama”,”Mürafiə vəkillərinin hekayəti”,”Təklif”,”Satko”, . “Ümid” (Ağamirov),“Bəylik dərsi”və  “Təklif”,”Bakı,mən səni sevirəm”,”Bir ailəm var”(teleserial),”Avrova,Avropa”(TRT,Tür-kiyə) filmlərində aktyorun yaratdığı obrazları tamaşaçılar maraqla izləmişlər.

Aslan Şirin 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.