Elşən Mərdan oğlu Rüstəmov

Aparıcı səhnə ustası

Elşən Mərdan oğlu Rüstəmov 22 yanvar 1971-ci ildə Masallı rayonunda müəllim ailəsində anadan olub.Orta məktəbi həmin rayonun Babaser kəndində oxuyub.

1988-ci ildə Moskvada Tikinti Məktəbinə daxil olub.İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1990-1995).Orada Rafiq Atakişiyev,Oqtay Salamov,Rafiq Əzimov,Lütfi Məmmədbəyli və Bəxtiyar Xanızadə kimi sənətkarlardan dərs alıb.

Elşən Rüstəmov 1993-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir və İndiyə qədər bu teatrda səhnələşdirilən 50-yə yaxın tamaşada rol alıb.

 Qurban “Pəri Cadu”( Ə.Haqverdiyev),Nihad”Pələng ili” (F.Mustafa),Dövlət bəy, ”Aydın” (C. Cabbarlı),Vəzir,”Ələddinin sehrli çırağı”( Ərəb xalq nağılı),   Aqil ”Mənim ağ göyərçinim”( T.Vəliyeva),Müsyo Jordan,Heydər bəy,“Müsyo Jordan və dərviş Məstəli şah”,”Hacı Qara”( M.F.Axundov),Pato Duli “Lineyin vilayətinin gözəllik kraliçası”(M.Makdonah), və s.

Aktyor Akademik Milli Dram Teatrında işlədiyi dövrdə aşağıda adları çəkilən bir sıra rollar oynayıb.

Laert “Hamlet”(V.Şekspir),Alfredo “Kabuslar”(E.d.Filippo),Don Juan “Don Juan və həndəsə”(M.Friş),Drob 13 “Şekspir”(Elçin),Məşuq “Qadın məhəbbəti”(V.Hüqo),Niko “Xanuma”(A.Saqareli),Alay keşeşi”Kuraj və uşaqları”(B.Brext),Taleyran “Napoleon”(F.Brukner),I aspirant və Şah İsmayıl“(Kamal Abdulla),Əli xan Şambatai “Şah Qacar”(Ə.Əmirli), Alim “Kölgə”(Y.Şvars),Əlipaşa ”Əmir Teymur “(H.Cavid),Təhmasib xan,Cəlayir,Qızlar Ağa Nizamül-Mülk “Nadir şah”(Y.Oğuz),Sahib “Mənim günahım”(İ.Əfəndiyev), Kişi “Cəhənnəm sakinləri”(Elçin),Novator şair “Ah,bu uzun sevda yolu”(Ə.Əmirli),Orsino “On ikinci gecə və yaxud hər nə istəsəniz”(V.Şekspir),Yedigey,Yuan Yuan “Manqurt”(Ç.Aytmatov),Hacı Baxşəli “Ölülər”(C.məmmədquluzadə),MollaAbbas“Dəliyığıncağı”(C.Məmmədquluza-də) və s.

Elşən Rüstəmov aşağıda adları çəkilən bir çox filmlərdə müxtəlif səpkili,maraqlı rollar oynayıb:

“Etiraf “(film, 1992),”Fəryad” (film, 1993),”İtkin gəlin” (film, 1994),”Özgə vaxt” (film, 1996)“Nə gözəldir bu dünya…”film, 1999),”Yanmış körpülər” (film, 2003),”Sonuncu şahid”, (film, 2004),”Mənim üçün varsan” (film, 2005),”Məhkumlar “(film, 2007),”Qızlar” (film, 2007),”Seçilən” (film, 2008),”Məhkumlar”(film, 2007),”Qızlar” (film, 2007),”Seçilən”(film, 2008),”Günaydın,mələyim!” (film, 2008),”Gürzə”(2008),”Aşiqlər”(film, 2008),”Boyunbağı”,”Hökmdarın taleyi” (film, 2008),”Ölüm növbəsi”(film, 2009),”İstanbul reysi” (film, 2010),”Əlavə təsir” (film, 2010),”Qaranlıqlar çiçəyi” (teleserial, 2011),”Ləyaqət hücrəsi”(film, 2011),”Səhərə inan.”(film, 2011)və s.

Elşən Rüstəmov 2012-ci ildə Azərbaycan Respublikasının  Əməkdar artisti fəxri adına layiq görülüb.