Abbas Əhməd oğlu Qəhrəmanov

Aparıcı səhnə ustası

Abbas Əhməd oğlu Qəhrəmanov 24 iyul 1960-ci ildə İrəvan şəhərində anadan olmuşdur.1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmiş və elə həmin il Akademik Milli Dram Teatrına təyinat almışdır.1981-1983-ci illərdə hərbi xidmətdə olan Abbas Qəhrəmanov, qayıtdıqdan sonra yenidən Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır.1988-ci ildə Dövlət Gənclər Teatrında aktyor fəaliyyətini davam etdirmişdir.

1990-ci ildən yenidən Akademik Milli Dram Teatrında qayıdan aktyor

Mərvan(“Fəryad”B.Vahabzadə), Qoşqar (“Cəzasız günah”

K.Kərimov ),Rasim(“Cahargah fantaziyası”Q.Rəsulovun), Aparıcı (“Məlik Məmməd” nağılı),Rasim  “Əcəb işə düşdük”Ş.Qurbanov),Ər (“Müəmmalı bir qətlin üç versiyası”R.Akutaqava),Məmmədxan( “Hökmdar və qızı”İ.Əfəndiyev),       İsgəndərzadə( “Ah Paris,Paris…”Elçin),Şöklü Məlik “Burla xatun”N.Xəzri),   Aşpaz(”Kuraj və uşaqları” B.Brext), Sahil (“Köhnə ev”, Ə.Əmirli), Aparıcı

(“Şıltaq Şahzadənin nağılı”),Andronik(“Hələ “sevirəm”deməmişdilər…”R. Novruz), Torvald Helmer(“Oyuncaq ev”H.İbsen),Xondulu,Rışid, (“Ölüləri qəbristanlıqda basdırın”İ.Şıxlı),Durmişxan(“Kaş araba aşmayaydı”O.İoseli-  ani),Serjant Trotter(A.Kristinin “Tələ”),Dövran (“Vəsiyyət” H.Mirələmov),

Şah Qacar (”Şah Qacar” Ə.Əmirli) və s. tamaşalarda müxtəlif rollar oynamışdır.

Abbas Qəhrəmanov bir sıra televiziya tamaşalarında və filmlərdə  maraqlı rollar oynamışdır.

Bunlardan Şahin(“Nişan üzüyü”),Xansu (“Mənim günahım”),Ragin

(“Altıncı palata»), 3cü qardaş(“Yurd yeri”) Buğacxan(“Dədəm Qorqudun kitabı”),Rasim (“Hədiyyə”) tamaşalarını tamaşaçılar maraqla qarşılamışdır.

Abbas Qəhrəmanov 2009–cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.