Əlvida Məhərrəm oğlu Cəfərov

Aparıcı səhnə ustası

Əlvida Məhərrəm oğlu Cəfərov 17 fevral 1947-ci ildə Cəbrayılın Qaracallı kəndində anadan olub.

Əlvida Cəfərov 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirmişdir. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışan aktyor,teatrda işlədiyi müddətdə N.Hikmətin “Şöhrət və ya unudulan adam”da İdmançı,S.Vurğunun “İnsan”da Alman zabiti, H.Cavidin “Knyaz”da Xəfiyyə, N.Xəzrinin “Əks səda”da Fəhlə, A.Saqarelinin “Xanuma”da Polis, “Ölülər”ində Cəlal və Şikayətçi, Anarın “Adamın adamı”da İştirakçı,S.Rəhmanın “Əliqulu evlənir”də Kamal və Qarmon çalan, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”da Şahmar,N.Həsənzadənin “Atabəylər”də Aydoğdu, İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı”da Gözətçi, “Bizim qəribə taleyimiz”də Cümü, N.Xəzrinin “Torpağa sancılan qılınc”da Odoğlu, V.Şekspirin “Kral Lir”ində Zadəgan, C.Məmmədquluzadənin “Ölülər”də Cəlal və Şikayətçi, Ç.Aytmatov və M.Şaxanovun “Sokratı anma gecəsi”də Bekan,S.S.Axundov “Eşq və intiqam”da Cəbi,N.Hikmətin “Kəllə”də Gözətçi, X.Qocanın“Hərənin öz payı”da Müxalifətçi, M.Cəlalın “Dirilən adam”da İsmayıl, A.Şaiq “Eloğlu”da Qəhrəman, H. Cavid “Əmir Teymur”da Nazim ağa, A.Şaiqin “Qaraca qız” da Əlləz, M.S.Ordubadinin “Qətibə İnanc” da Saray əyanı və s.özünəməxsus müxtəlif obrazlar yaratmışdır.Əlvida Cəfərov kino ekranlarında da maraqlı obrazlar yaratmışdır.

“Bir anın həqiqəti”(film, 2003),”Sarıköynəklə Valehin nağılı” (film),“Son arzu” (film,2003),“Təlatüm” (film, 2006),“Ürək yaman şeydir…”,“Sirr” (serial, 2012),“Sübhün səfiri” (film, 2012),“Tək olanda qorxma…”(teleserial,2013)və sair filmlərlə aktyor maraqlı obrazlar yaratmışdır.

Əlvida Cəfərov 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.