Mətanət Ağazair qızı Atakişiyeva

Aparıcı səhnə ustası

Mətanət Ağazair qızı Atakişiyeva 16 may 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir.Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.Teatrın səhnəsində oynadığı rollar bunlardır: Qaraçı (“İblis”,H.Cavid),Kəniz (“Atabəylər”,N.Həsənzadə),Dayə (“Sehirli alma”,Y.Lada),Qəmər (“Nişanlı qız”,S.Rəhman),2-ci qız (“Od gəlini”, C.Cabbarlı),Gülər xanım (“Ah, Paris…Paris!..”,Elçin),Gülnar (“Vaqif ”, S.Vurğun),Gönçəqız, Qısırca yengə,Qaratel (“Torpağa sancılan qılınc”, “Burla Xatun”,” Mənsiz dünya”, N.Xəzri), Səhər (“Şeyx Xiyabani”, İ.Əfəndiyev), İspan gözəli, Gülçin və Nağılçı (“Məlik Məmməd”, nağıl-tamaşa), Xumar (“Yalan” S.Rəhman), Kleya (“Məhəbbət və azadlıq” G.Fiqeryedu), Fitnə (“Fərhad və Şirin” S.Vurğun), Mələk (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), Səkinə (“Bu dünyanın adamları”, Hidayət), Havalı qadın (“Ulduz, yaxud Ədirnə fəthi”, C.Cabbarlı), Qaraqoyunlu bibi (“Ağqoyunlular və qaraqoyunlular”, Ə.Əmirli), Tubu xanım Axundova (“Brüsseldən məktublar” H.Həsənov), Xanım Həsənzadə (“Qatil”,Elçin),Sərvinaz bəyim (“Ölüləri qəbiristanlıqda basdırın”, İ.Şıxlı), Anaxanım (A.Şaiq “Eloğlu”), Tasiya (“Kaş araba aşmayaydı”O.İoseliani), Fərqanə (“Xəcalət” H.Mirələmov), Dayə ( “Arılar arasında” Elçin), Qadın (“Uçqun”,T.Cücenoğlu),  Məşədi Zeynəb(“Dəli yığıncağı”C.Məmmədquluzasdə) və s.

 

Aktrisa “İnanmırsansa” (Arzu), “Ordan-burdan” (Rəna), “Dəvətnamə” (Firuzə), “Yunus İmrə” (Fatma) teletamaşalarında və “Azərbaycanfilm”in istehsal etdiyi “Gümüşgöl əfsanəsi” (Nərgiz) filmlərində də çəkilərək,maraqlı rollar oynayıb.

Mətanət Atakişiyeva 2002-ci ildə Azərbaycan Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.