RƏŞAD BƏHRAM OĞLU BƏXTİYAROV

Rəşad Bəhram oğlu Bəhram oğlu Bəxtiyarov 25 dekabr 1978-ci ildə Bakıda anadan olub.    2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Tələbəlik dövründə Milli Teatrın tamaşalarının kütləvi səhnələrində sözsüz rollar ifa edib. 2001-ci ildən teatrın truppasında fəaliyyət göstərib.

Rəşad Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində Y.Şvartsın “Kölgə”də Sezar Borciya,A.Şaiqin “Danışan gəlincik”də Xidmətçi,Siçan, V.Səmədoğlunun “Generalın son əmri”də Şeypurçu əsgər,E.d.Filıipponun “Kabuslar”da Rafaello,A.Məsudun “Qatarın altına atılan qadın”da Qəzetsatan,A.Tolstoyun “Buratino axmaqlar ölkəsində”Arlekino,İ.Əfəndiyevin “Qarabağnamə”də  I Əsgər,A.Sadıqovun “Buzlar ölkəsi”də Səfeh Cırtdan,C.Məmmədquluzadənin “Dəli yığıncağı”da Həmzad Qurban,V.Şekspirin “On ikinci gecə və yaxud hər nə istəsəniz”də Fasti  və s. tamaşalarda maraqlı rollar yaradıb.

O, “Bəyaz həyat”, “Bir anın həqiqəti”, “Son arzu”, “Məşədi-İbad-94”, “Bir ailəm var” və s. film və seriallarda çəkilib.