MƏTLƏB FƏTƏLİ OĞLU ABDULLAYEV

Aparıcı səhnə ustası

Mətləb Fətəli oğlu Abdullayev 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1996-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb.

Qaraxan (“Ana intiqamı” V. Babanlı), Carçı (“Kral Lir” V. Şekspir), Hüseynqulu xan (“Hökmdar və qızı” İ. Əfəndiyev), Şəhər əhli (“Ah, Paris Paris!” Elçin), Topal (“Fərhad və Şirin” S. Vurğun), Şahzadə Tiqran (“Pompeyin Qafqaza yürüşü” N.Həsənzadə), Can (“Sokratı anma gecəsi” Ç. Aytmatov),4-cü ərizəçi (“Lənkəran xanının vəziri” M. F. Axundov),Qurban (“Aydın” C.Cabbarlı), Əbdürrəhman (“Ədirnə fəthi” C.Cabbarlı), Səfi bəy (“Eşq intiqam” S. S.Axundov), Halaypozan (“Hələ” sevirəm” deməmişdilər”R. Novruz),Rozenkrants (“Hamlet” V.Şekspir), 1-ci cangüdən (“Varlı qadın” Əli Əmirli), Həbib bəy (“Dirilən adam” M.Cəlal), Möhnət (“Xurşidbanu Natəvan” İ.Əfəndiyev),Ferdinand (“Kabuslar”E.d.Filippo),Ronni (“Zorən şorgöz”R,Kuni),Nağı (“Ölüləri qəbiristanlıqda basdırın”İ.Şıxlı),Həkim,Ayı (Qaraca qız”A.Şaiq), Həbib bəy (“Dirilən adam” M. Cəlal), Elmi işçi (“İkinci səs”B. Vahabzadə),Məhəmməd Əli xan Bəylərbəyi (“Şah Qacar”Ə.Əmirli), Sədr(“ALMAZ”C,Cabbarlı),İvan Kostromitin (“Sinif yoldaşları”Y.Polyakov),Məşədi Oruc(“Ölülər”C.Məmmədquluzadə),Şimrəli,Çavuş (“Dəli yığıncağı”C.Məmmədqulqzadə),

Aktyor “Yurd yeri” (Ordu əsgəri), “Sağ ol!” (Satıcı), “Qırmızı qar” (Suren) teletamaşalarında və bir sıra filmlərdə müxtəlif obrazlar yaradıb.