“Manqurt” tamaşası Cəlilabadda nümayiş olunub

Akademik Milli Dram Teatrının kollektivi Cəlilabadda qastrol tamaşası ilə çıxış edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv Cəlilabad Heydər Əliyev Mərkəzində “Manqurt” tamaşasını təqdim edib.

Böyük uğurla nümayiş olunan səhnə əsəri alqışlarla qarşılanıb.

“Manqurt” tamaşasının bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı, rejissoru (diplomant) İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənovdur.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, Əminə Cəfərova, Elçin Hacı iştirak edib.

Qeyd edək ki, “Manqurt” Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində müvəffəqiyyətlə nümayiş olunur.

Bir cavab yazın