Aktyorumuzun Rusiyada böyük uğuru

15-20 mart tarixlərində Rusiyada keçirilən “QİTİS-ustad dərsi” festivalında ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları təmsil edir.

Festivalda Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Moldova, Özbəkistan və Ermənistanın teatr məktəbləri də iştirak edir.

17 mart tarixində ADMİU SABAH qrupları “Otello” tamaşası (quruluşçu rejissor-Gümrah Ömər) ilə çıxış edib.

Bu gün keçirilən mükafatlandırma mərasimində Akademik Milli Dram Teatrının aktyoru,​ SABAH qruplarının tələbəsi Ziya Ağa “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi seçilib.

Bir cavab yazın