“Müfəttiş” tamaşası Mustafa Mərdanovun 125 illik yubileyinə həsr olunacaq

Fevralın 28-də Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, xalq artisti Mustafa Mərdanovun 125 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Teatrın mətbuat ximdətindən verilən məlumata görə, xatirə mərasimində görkəmli sənətkarın həyat və yaradıcılığından danışılacaq, onun Azərbaycan teatrı və kinosununu inkişafındakı xidmətlərinə nəzər salınacaq.

Tədbirdən sonra Mustafa Mərdanovun xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası oynanılacaq.

N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan iki hissəli səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşa Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Səhnə əsərində xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz (Anton Antonoviç Skvoznik Dmuxanovski), Rafiq Əzimov (Osip), əməkdar artistlər Elşən Cəbrayılov (İvan Aleksandroviç Xlestakov), Şəlalə Şahvələdqızı və Nigar Güləhmədova, (Anna Andreyevna), Kazım Həsənquliyev və Məzahir Cəlilov, (Artemi Filippoviç Zemlyanika), Elxan Quliyev (İvan Kuzmiç Şpekin), Aslan Şirin və aktyor Elnur Qədirov (Pyotr İvanoviç Dobçinski), əməkdar artistlər Əlvida Cəfərov (Osip), Rövşən Kərimduxt (Ammos Fyodoroviç Lyapkin-Tyapkin), aktyorlar Rüstəm Rüstəmov (Xristian İvanoviç Qibner), İlahə Həsənova (Marya Antonovna), Rəşad Bəxtiyarov (Luka Lukiç Xlopov), Ramin Şıxəliyev və Cümşüd Zeynalov (Pyotr İvanoviç Bobçinski) və Elgün Həmidov (Svistunov, meyxana xidmətçisi, Mişka, Şeytan) çıxış edir.

Bir cavab yazın