Akademik Milli Dram Teatrının kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.
Dekabrın 12-də Akademik Milli Dram Teatrının kollektivi Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Teatr rəhbərliyi, sevilən sənətkarlar ümummilli lideri Heydər Əliyevin məzarı önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Bir cavab yazın