Mehriban Xanlarova Bişkekdə mükafat alıb

Akademik Milli Dram Teatrının kollektivi “Manqurt” tamaşası ilə Azərbaycanı Qırğız Respublikasında keçirilən beynəlxalq teatr festivalında böyük uğurla təmsil edib. Teatrımətbuat xidmətindəveriləməlumata görə, festivalda iştirak MədəniyyəNazirliyiAzərbaycanTeatrXadimləri İttifaqı və ölkəmizin QırğıRespublikasındakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Festivalın münsiflər heyətinin qərarı ilə əməkdar artist Mehriban Xanlarova “İkinci planda ən yaxşı qadın rolu” nominasiyasının qalibi olub. O cümlədən Akademik Milli Dram Teatrının kollektivi festivalda iştiraka görə diplomla təltif olunub.

Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” festivalında Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan teatrları da iştirak edib.

Festival 12-17 noyabr tarixlərini əhatə edib. Akademik Milli Dram Teatrının kollektivi “Manqurt” tamaşasını noyabrın 14-də təqdim edib.

“Manqurt” münsiflər heyəti və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı bildirib ki, münsiflər heyətinin üzvləri “Manqurt” tamaşasının rejissor işi, aktyor oyunu, rəssam işi və musiqi seçimi haqqında yüksək fikirlər bildiriblər.

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva, Mehman Fətullayev iştirak edirlər.

Qeyd edək ki, bu il dünyanın bir çox ölkələrində böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər keçirilir.

Bir cavab yazın