“Boy çiçəyi” üçün tamaşaçı alqışı

Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.

Tamaşada əsas rolları xalq artistləri Ramiz Novruz, Əjdər Həmidov, Sabir Məmmədov, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova,  aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.

Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.

Bir cavab yazın