Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya sən həmişə mənimləsən” tamaşasının nümayişi olacaq

Mayın 26-sı saat 19:00-da Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya sən həmişə mənimləsən” səhnə əsərinin nümayişi olacaq.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.

Tamaşada əsas rolları xalq artistləri Ramiz Novruz, Əjdər Həmidov, Sabir Məmmədov, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova,  aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.

Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.

Bir cavab yazın