Oxu.Az xəbər verir ki, görüş nazirliyin “Səhnədən səngərə: Qazilər” layihəsi çərçivəsində baş tutub.

A.Kərimov çıxışına qazilərə təşəkkür etməklə başlayıb:

“Müharibədə və ondan sonra Azərbaycan Prezidentinin, xalqının böyüklüyünün şahidi olduğumuza görə qürur duyuram. Bu qəhrəmanlığı, yumruq kimi birləşməni mütləq əbədiləşdirməliyik. Həmçinin bunun gələcək nəsillərə ötürülməsi çox vacibdir. Biz öz köklərimizə bağlı xalqıq. Qələbəmizə səbəblərdən biri də bizim köklərimizə sadiqliyimizdir”.

Nazir vurğulayıb ki, mədəniyyət sahəsindən olan qazilər Vətən müharibəsi dövründə iki cəbhədə vuruşublar:

“Onlar həm düşmənə qarşı döyüşlərdə, həm də mədəniyyət cəbhəsində qəhrəmandırlar. Biz və cəmiyyət bu qəhrəmanları, onların göstərdikləri şücaəti unutmamalıyıq. Hər zaman qazilərimizin yanındayıq, dəstəyik. Çünki onlar iki cəbhədə də öz borcunu yerinə yetiriblər”.

Daha sonra A.Kərimov qaziləri Fəxri fərmanla təltif edib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Vətən müharibəsində mədəniyyət sahəsində çalışan 8 nəfər şəhid olub, 12 nəfər yaralanıb.

Please follow and like us: