Akademik Milli Dram Teatrının kollektivi 20 yanvar ümumxalq hüzn günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Həyatlarını müstəqillik yolunda qurban verən vətən övladlarının əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

 

Please follow and like us: