Ç. Fev 19th, 2020

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq. Bu münasibətlə hazırlanan “Şaxta Baba və Befan nənələr” adlı səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, Musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Xanım Həsənovadır.

Tamaşada əməkdar artistlər Mətləb Abdullayev və Əlfida Cəfərov (Şaxta Baba), aktrisa Fəridə Şahbazova (Qar Qız), əməkdar artist Mehriban Xanlarova (Befan nənə-1), aktrisa Dilarə Nəzərova (Befan nənə-2), əməkdar artist Sevinc Əliyeva (Befan nənə-3), aktyorlar Vüsal Mustafayev və Elsevər Rəhimov (Şaxta nəvə 1), Ramin Şıxəliyev və Şahin Tağızadə (Şaxta nəvə-2), Elçin Hacıyev (Şaxta nəvə-3), Əlləz Əhmədov (Şrek), əməkdar artist Əminə Cəfərova (Panda), aktyorlar Vüsal Məmmədov (Ərincək), Firuzə Balayeva (Pinqvin) çıxış edirlər.

Yeni il tamaşası 27 dekabrdan yanvarın 6-dək nümayiş olunacaq. Səhnə əsəri müvafiq olaraq 10:00, 12:00, 14:00, 16:00-da oynanılacaq. Biletlərin qiyməti 8 manatdır. Bu qiymətə azyaşlı tamaşaçılaraa hədiyyələr də daxildir.