Şirinov Aslan

 Aslan Şirin

Aslan Adil oğlu Şirinov

 Azərbaycanın əməkdar artisti

Həyatı

Aslan Adil oğlu Şirin 25 aprel 1969-cu ildə Bakıda anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyoluğu fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan Televiziyasında aparıcı kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən Akademik Milli Dram Teatrına aktyor götürülən Aslan Şirin teatrın səhnəsində bir çox maraqlı rolları ifa etmişdir.

İlk dəfə kamera qarşısına hələ 16 yaşında “Bəyin oğurlanması” filmində[1] epizodik rolla keçən Aslan Şirin, sonradan Azərbaycan Dövlət Televiziyasında hazırlanan “Dəvətnamə” (Həmid), “Bir yay günü” (Əhmədağa) əsərlərinin teletamaşalarında oynayıb. “Azəbaycanfilm”in istehsal etdiyi “Ümid” (Ağamirov), “Bəylik dərsi”, “Təklif” kinolentinə çəkilib.

Mükafatlar

Aslan Şirinov 2002-ci ildə Gənclər və Turizm Nazirliyinin təsis etdiyi “İlin ən yaxşı aktyoru” nominasiyasına layiq görülmüşdür. 2013-cü ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Ah, Paris, Paris… aparıcı 1997 Azərpaşa Nemət Elçin
Şıltaq şahzadənin nağılı aparıcı Abbas Qəhrəmanov
Özümüzü kəsən qılınc Şeytan Ağakişi Kazımov Bəxtiyar Vahabzadə
Mənim sevimli dəlim Hoqqabaz 1998 Azərpaşa Nemət Elçin
Bu dünyanın adamları Səkinənin əri Hidayət
Mənim ərim dəlidir. Diaqnoz “D” oğul 1999 Azərpaşa Nemət Elçin
Dar ağacı Rəhman Ağakişi Kazımov Bəxtiyar Vahabzadə
Hamlet Aktyor və Ozrik 2002 Azərpaşa Nemət Uilyam Şekspir
Fərhad və Şirin kəndli Cənnət Səlimova Səməd Vurğun
Şah Edip sərkərdə Bəhram Osmanov Sofokl
Ana intiqamı erməni Bəhram Osmanov Vidadi Babanlı
Lənkəran xanının vəziri Heydər Vaqif İbrahimoğlu
(bərpası Tural Mustafayev)
Mirzə Fətəli Axundzadə
Sokratı anma gecəsi cəllad Mərahim Fərzəlibəyov Çingiz Aytmatov
Hərənin öz payı xor dirijoru Mərahim Fərzəlibəyov Xeyrəddin Qoca
Skapenin kələkləri Leandr Əsgər Əsgərov Jan Batist Molyer
Varlı qadın Qara Bəhram Osmanov Əli Əmirli
Bahar qızı Tülkü
Afət Oqtay Mehriban Ələkbərzadə Hüseyn Cavid
Ölülər Əli bəy Mərahim Fərzəlibəyov Cəlil Məmmədquluzadə
Dirilən adam Gödək 2006 Oruc Qurbanov Mir Cəlal
Xurşidbanu Natəvan Fərəc bəy 2010 Bəhram Osmanov İlyas Əfəndiyev
Eloğlu Baloğlan Əsgər Əsgərov Abdulla Şaiq
Kvazimodo Kvazimodo Samir Qulamov Viktor Hüqo
Şeyda Yusif Mərahim Fərzəlibəyov Hüseyn Cavid
Kabuslar Qastone 2011 Nicat Kazımov Eduardo de Filippo
On ikinci gecə və ya hər nə istəsəniz Malvolio 2012 Vüqar Əhmədov
Fərid Əhmədov
Uilyam Şekspir
Don Juan və həndəsə Loperello 2012 Levan Tsuladze Maks Friş
Şekspir sanitar 2012 Petru Vutkereu Elçin
Anamın kitabı Səməd bəy 2012 Firudin Məhərrəmov Cəlil Məmmədquluzadə
Sənətkarın taleyi gənc teatr vurğunu 2013 İranə Tağızadə Elçin
Zorən şorgöz Corc 2013 Nicat Kazımov Rey Kuni
Nazirin xanımı Çeda 2014 Mərahim Fərzəlibəyov Branislav Nuşiç
Kölgə Kölgə 2014 Nicat Kazımov Yevgeni Şvars

Filmoqrafiya

  1. Ümid (film, 1995)
  2. Dəvətnamə (film, 2003)
  3. Bir yay günü
  4. Yeni həyat (2005)
  5. Yoxlama (film, 2006)
  6. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  7. Təklif
  8. Satko
  9. Bakı, mən səni sevirəm
  10. Bir ailəm var (teleserial, 2013)
  11. Avropa, Avropa (TRT, Türkiyə)