Rzayeva Vəfa

 Vəfa Əliseyran qızı ZeynalovaRzayeva_Vəfa

Azərbaycanın əməkdar artisti.

Həyatı

Vəfa Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.

Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır.

Ailəlidir, əkiz qızları var.

Teatrın səhnəsindəki rolları

  • Səltənət bəyim (“Hökmdar və qızı”, İlyas Əfəndiyev)
  • Şirinin rəfiqəsi (“Fərhad və Şirin”, Səməd Vurğun)
  • Aynişan (“Burlaxatun” Nəbi Xəzri)
  • Zöhrə (“Eşq və intiqam” Süleyman Sani Axundov)
  • Sona (“Hələ sevirəm deməmişdilər…” Ramiz Novruz)
  • Sonya (“Cinayət oyunu” N. Dostayevski)
  • Bəyim (“Xurşidbanu Natəvan” İlyas Əfəndiyev)
  • Soqa (“Kaş araba aşmayaydı” O. İoseliani)
  • Leyla (“Mesenat” Əli Əmirli)
  • Zümrüd (“Eloğlu” Abdulla Şaiq)
  • gəlin (“Uçqun”, Tuncer Cücenoğlu)
  • Qloriya (“Qocanı öldürməliyik”, Con Patrik)

Filmoqrafiya

  1. Acılar bitməz (film, 2009)(tammetrajlı bədii film)-rol: Arzu
  2. Adam ol! (film, 2005)(tammetrajlı bədii film)-rol: Faiqin arvadı
  3. Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film)-rol: Vəfa
  4. Aramızda qalsın (film, 2011)(bədii serial)
  5. Bəyaz həyat (film, 2003)
  6. Bizim qəribə taleyimiz (film, 2005)
  7. Bomba (film, 2005)
  8. Həkimlər
  9. İlahi məxluq (film, 2011)
  10. Qafqaz (film, 2007)
  11. Qayınana (film, 2011)
  12. Qızlar (film, 2007)
  13. Mən sənin dayınam (film, 2001)
  14. Mənim ömür nəğmələrim (film, 2003)
  15. Nəfəs (2007)
  16. Taleyin qisməti (film, 1996)
  17. Yanmış körpülər (film, 2003)
  18. Qu rəqsi