Rüstəmov Elşən

Elşən Mərdan oğlu Rüstəmov
elshan rustemov

 Azərbaycanın əməkdar artisti

Həyatı

Elşən Mərdan oğlu Rüstəmov 22 yanvar 1971-ci ildə Masallı rayonunda müəllim ailəsində anadan olub. Orta məktəbi həmin rayonun Babaser kəndində oxumuşdur.

1988-ci ildə Moskvada Tikinti Məktəbinə daxil olub. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (19901995). Orada Rafiq Atakişiyev, Oqtay Salamov, Rafiq Əzimov, Lütfi MəmmədbəyliBəxtiyar Xanızadə kimi sənətkarlardan dərs almışdır.

1993-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. İndiyə qədər bu teatrda səhnələşdirilən 50-yə yaxın tamaşada rol alıb.

Eyni zamanda digər teatrların da səhnələrində çıxış edib. Dublyaj işi ilə məşğuldur. Evlidir. 9 may 2012-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Səsin sehri Ağakişi Kazımov Tahir Kazımov
Qızıl oğlan Ayı
36-dan 6-sı
Pəri Cadu Qurban Nicat Kazımov Əbdürrəhim bəy Haqverdiyev
Pələng ili Nihad Ağalar İdrisoğlu Firuz Mustafa
Aydın Dövlət bəy Cənnət Səlimova Cəfər Cabbarlı
Ələddinin sehrli çırağı vəzir Nicat Kazımov Ərəb xalq nağılı
Mənim ağ göyərçinim Aqil Cənnət Səlimova Tamara Vəliyeva
Müsyo Jordan və dərviş Məstəli şah Müsyö Jordan 2012 Cənnət Səlimova Mirzə Fətəli Axundov
Hacı Qara Heydər bəy Bəhram Osmanov Mirzə Fətəli Axundov
Lineyn vilayətinin gözəllik kraliçası Pato Duli 2014 Yan Vilem van den Boş Martin Makdonah
III Riçard Klarens-hersoq 2015 Cənnət Səlimova Uilyam Şekspir
Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Hamlet Laert 2002 Azərpaşa Nemət Uilyam Şekspir
Kabuslar Alfredo 2011 Nicat Kazımov Eduardo de Filippo
Don Juan və həndəsə Don Juan 2012 Levan Tsuladze Maks Friş
On ikinci gecə və ya hər nə istəsəniz Orsino 2012 Vüqar Əhmədov
Fərid Əhmədov
Uilyam Şekspir
Qadın məhəbbəti Məşuq 2012 Gümrah Ömər Viktor Hüqo
Xanuma Niko 2012 Mikayıl Mikayılov Avksentiya Saqarelli
Kuraj və uşaqları Alay keşişi 2012 Rafiq Əliyev (II) Bertolt Brext
Napoleon Taleyran 2013 Namiq Ağayev Ferdinant Brukner
Şah və Şair, yaxud hamı səni sevənlər burdadır I Aspirant
Şah İsmayıl
22 may 2013 Mikayıl Mikayılov Kamal Abdulla
Şah Qacar Əli Xan Sambatai 2013 Azərpaşa Nemət Əli Əmirli
Kölgə Alim 1 mart 2014 Nicat Kazımov Yevgeni Şvars
Əmir Teymur Əlipaşa 20 may 2014 Mehriban Ələkbərzadə Hüseyn Cavid
Nadir şah Təhmasib xan Cəlayir
Qızlar Ağa
Nizamül-Mülk
2015 Gümrah Ömər Yunus Oğuz
Mənim günahım Sahib 18 mart 2015 Mərahim Fərzəlibəyov İlyas Əfəndiyev

Filmoqrafiya

  1. Etiraf (film, 1992)
  2. Fəryad (film, 1993)
  3. İtkin gəlin (film, 1994)
  4. Özgə vaxt (film, 1996)
  5. Nə gözəldir bu dünya… (film, 1999)
  6. Yanmış körpülər (film, 2003)
  7. Sonuncu şahid (film, 2004)
  8. Mənim üçün varsan (film, 2005)
  9. Məhkumlar (film, 2007)
  10. Qızlar (film, 2007)
  11. Seçilən (film, 2008)
  12. Günaydın, mələyim! (film, 2008)
  13. Gürzə (2008)
  14. Aşiqlər (film, 2008)
  15. Boyunbağı
  16. Hökmdarın taleyi (film, 2008)
  17. Ölüm növbəsi (film, 2009)
  18. İstanbul reysi (film, 2010)
  19. Əlavə təsir (film, 2010)
  20. Qaranlıqlar çiçəyi (teleserial, 2011)
  21. Ləyaqət hücrəsi (film, 2011)
  22. Səhərə inan… (film, 2011)
  23. Şəbəkə (film, 2011)
  24. Mayak (film, 2012)
  25. Sirr (serial, 2012)
  26. Döngələr (teleserial, 2012)
  27. Dərvişin qeydləri (film, 2013)
  28. Bir ailəm var (teleserial, 2013)