Quliyeva Şəlalə

Şəlalə Şahvələd qızı Quliyeva shalala

 Azərbaycanın  əməkdar artisti

Quliyeva Şəlalə Şahvələd qızı Mingəçevir şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin “Ah, Paris…Paris!..” satirik komediyasınının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol almışdır. 1996-cı ildə Akademik Teatrın aktrisasıdır. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa etmişdir.

9 may 2012-ci il tarixdə ona Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilmişdir.

Atası Şahvələd Quliyev Mingəçevir şəhərinin ilk qurucularındandır.
Teatr səhnəsindəki rolları

  • Elçin “Ah, Paris… Paris” – Gülbəniz
  • B.Vahabzadə “Özümüzü kəsən qılınc” – Mələk
  • Elçin “Mənim sevimli dəlim” -Şəfqət bacısı
  • V.Rozov “Şadlıq sorağında” – Fira
  • Elçin “Mənim ərim dəlidir” – Qız
  • N.Xəzri “Burla Xatun” – Banuçiçək
  • Ç.Aytmatov “Sokratın anma gecəsi” – Qız
  • H.Həsənov “Brüsseldən məktublar” – Pianoçu
  • X.Qoca “Hərənin öz payı” – Partiyaçı; Jurnalist
  • J.Rasin “Fedra” – İsmena
  • B.Vahabzadə “Rəqabət” – Səbinə
  • A.Kamyu “Anlaşılmazlıq” – Mariya
  • İ.Şıxlı “Ölüləri qəbristanlıqda bastırın” – Qəndab
  • A.Şaiq “Eloğlu” – Telli
  • Xanim “Tülkü-tülkü-tünbəki”-İlan
  • Elçin “Teleskop”-Xanım
  • M.F.Axundov “Sərqüzəşti-vəziri-xani Lənkaran”-Şölə
  • Sagarelli “Xanuma”-Tekle
  • V.Hügo “Qadının məhəbbəti”-Qız
  • Elçin “Şekspir”-Ər-arvad
  • M.Friş “Don Juan”-Selestina
  • C.Məmmədquluzadə “Anamın kitabı”-Gülbahar
  • R.Kuni “Zorən şorqöz”-Pomella
  • B.Nuşiç “Nazirin xanımı” – Dara
  • Yev.Şvarts “Kölgə”- uliya Juli

Filmoqrafiya

  1. Dəvətnamə (film, 2003)
  2. Yanmış körpülər (film, 2003)
  3. Akademik Yusif Məmmədəliyev (film, 2005)
  4. Bir dəfə Qafqazda (film, 2007)
  5. Kuklalar (film, 2010)
  6. Qayınana(film, 2011) – Mayıl müəllimin sevdiyi qız
  7. Şəbəkə (film, 2011)
  8. Qardaşdan yaxşısı yox idi-Lətifa
  9. Üç qız (film, 2005)-muzey bələdçisi
  10. Sənə inanıram – Gülgəz