Quliyev Elxan

Elxan Əlibala oğlu Quliyev

 Dram artisti

Elxan Əlibala oğlu Quliyev 2 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1974-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Akademik Milli Dram Teatrına gələn Elxan Quliyev, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır:     3-cü qardaş («Yatmış gözəl və yeddi qardaş», A.Puşkin), Döyüşçü («Qılınc və qələm», M.S.Ordubadi), Zəncirvuran («Dəli yığıncağı», C.Məmmədquluzadə), 1-ci qulam («Fitnə», A.Şaiq), Lal dinməz polis («Səhra yuxuları», Anar), Kaytens («Maqbet», V.Şekspir), Qıran («Atabəylər», N.Həsənzadə), Ata («Anamın kitabı», C.Məmmədquluzadə, Kinto («Xanuma», A.Saqareli), Alman oğlu («İnsan», S.Vurğun), Sərkərdə Teymur («Vaqif», S. Vurğun), Kəramət («Fəryad», B.Vahabzadə), Jurnalist («Şeyx Xiyabani», İ.Əfəndiyev), Ağa Bəşir («Lənkəran xanının vəziri», M.F.Axundzadə), Qarğış («Qızıl teşt», S.Səxavət), Osvald («Kral Lir», V.Şekspir), Erkin («Özümüzü kəsən qılınc», B.Vahabzadə), Yarqıtay («Dar agacı», B.Vahabzadə), Pedro («Kəllə», N.Hikmət), Mirzə Cəlil Məmmədquluzadə («Hərənin öz payı», X.Qlca), Qulaməli («Bu dünyanın adamları», Hidayət), Əkbər («Rəqabət», B.Vahabzadə), Polis qonşu («Qatil», Elçin), Zindanbaşı və Enobarb («Misir gecələri», V.Şekspir, N.Hikmət, M.S.Ordubadi), Ağa Musa Nağıyev (“Mesenat”, Ə.Əmirli), Polis (“Qatil” Elçin), Çayls Relston ( “Tələ”, A.Kristi).

Elxan Quliyev Azərbaycan Dövlət televiziyasında hazırlanmış «Şərqin səhəri» (Bayram), «Sarıköynək və Valehin nağılı» (Rövşən), «6-cı palata» (Vanya), «Şöhrət və unudulan adam» (Fotoqrafçı), «Hacı Qara» (Səfər bəy) və s. teletamaşalarda,, «Azərbaycanfilm» kinostudiyasında çəkilmiş «Sevinc buxtası» (Elxan), «Ani dönüş»( Oktay), “ Pəncərə” (Sahə müvəkkili), «İstintaq» (Milis mayoru), “Cavad xan” (Erməni Məlik ), “Ağ atlı oğlan” (Ata ), “Nə gözəldir bu dünya” (Qonşu), “Biz qayıdacağıq” (Biznesmen), “Qardaşdan yaxşısı yoxdur” (Bəşir), “İstanbul reysi” (Zakir) filmlərində çəkilib.

2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.