Qəhrəmanov Abbas

Abbas Əhməd oğlu Qəhrəmanov

  Dram artist

Abbas Əhməd oğlu Qəhrəmanov 24 iyul 1960-ci ildə İrəvan şəhərində anadan olmuşdur.

1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir.

1991-ci ildən Akademik Milli Dram Teatrında çalışan aktyor   B.Vahabzadənin “Fəryad” (Mərvan), “Cəzasız günah” (Qoşqar), K.Kərimovun “Cahargah fantaziyası” ( Rasim) , Q.Rəsulovun “Qarabağ əfsanəsi” (Çinar), “Məlik Məmməd” nağılında (Aparıcı), Ş.Qurbanovun “Əcəb işə düşdük” (Rasim), R.Akutaqavanın “Müəmmalı bir qətlin üç versiyası” ( Ər ), İ.Əfəndiyevin “Hökmdar və qızı”   ( Məmmədxan), Elçinin “Ah Paris,Paris…” (İskəndərzadə) , N.Xəzrinin “Burla xatun” ( Şökliö Məlik), Ə.Əmirlinin “Köhnə ev” ( Sahil), “Şıltaq Şahzadənin nağılı”nda (Aparıcı) , Ramiz Novruzun “Hələ “sevirəm” deməmişdilər…” ( Andronik), H.İbsenin “Oyuncaq ev” (Torvald Helmer), İ.Şıxlının “Ölüləri qəbristanlıqda basdırın” (Xondulu, Rışid), O.İoselianinin “Kaş araba aşmayaydı” ( Durmişxan), A.Kristinin “Tələ” (Serjant Trotter) və s. tamaşalarda müxtəlif rollar oynamışdır.

Aktyor bir sıra televiziya tamaşalarında da çəkilmişdir. Bunlardan “Nişan üzüyü” (Şahin), “Mənim günahım” ( Xansu), “Altıncı palata» (Ragin), “Yurd yeri” (3-cü qardaş), “Dədəm Qorqudun kitabı” (Boğacxan), “Hədiyyə” ( Rasim)    tamaşalarını göstərmək olar.

Abbas Əhməd oğlu Qəhrəmanov 20     -ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.