Nurzadə Əli

ƏLİ NUR

əməkdar artist

Səhnə təxəllüsü «Nur»dur. Yaradıcılığının bədii-estetik imkanlarına görə daha çox romantik aktyor məktəbinin elinur1poetika göstəricilərinə uyğundur. Daxilən ehtiraslı, dramatik ziddiyyətli, müəyyən pafoslu, mürəkkəb konfliktli vəziyyətlərə düşən obrazları oynamaq cəhdi güclüdür. Gözə gəlimli səhnə görkəminə coşqun daxili temperamentinə malikdir. Milli klassik dramaturqlarımızın komediyalarında ciddi yumorlu, cazibəli rolları var. Səsi ötkəm və qəltanlıdır, səhnədə cingiltili danışmağı xoşlayır. Sərt xarakterli dramatik surətlər üçün onun aktyor ifadə vasitələri nisbətən əlvan və mənalı görünür.

Əli Qayıb oğlu Nurzadə (Əli Nur) 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına elinur2Azərbaycan Dövlət İncəsənət institutunun aktyorluq fakültəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. İnstitutda tələbə ikən İ.Əfəndiyevin “Bahar suları” tamaşasında Uğur, Şillerin “Məkr və Məhəbbət” tamaşasında Prezident, A.Ostrovskinin “Günahsız müqəssirlər” tamaşasında Murov, C.Məmmədquluzadənin “Dəli yıncağı” tamaşasında Şeyx Fazili oynayıb. (SSRİ xalq artisti mehdi Məmmədovun quruluşunda). S.Vurğun “Komsomol poemasında” Bəxtiyar obrazını yaradıb. 1972-ci ildə ali aktyor diplomu alan və İnstitutda müəllim işləyən Əli Nur həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub.

20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdür.

 

Əli Nur Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işlədiyi on üç il ərzində (bir ili hərbi xidmətdə keçib) aşağıda siyahısı verilən rollar silsiləsini ifa edib.

Bəhram. «Solğun çiçəklər», Cəfər Cabbarlı.

Arif. «Ana məhəbbəti», Yəhya Məmmədov.

Armenak. «Parisli kürəkən», Aramaşot Papayan.

Rahib. «İnam», Feyruz Məmmədov.

A.B. «Demoklisin qılıncı», Nazim Hikmət.

Cəlal. «Komsomol poeması», İsgəndər Coşqun. Səməd Vurğunun eyniadlı poeması əsasında.

Tərgəldi. «Adamın adamı», Anar.

Əliqulu. “Tamahkar”.S.S.Axundov

İbad. «Almaz», Cəfər Cabbarlı.

Laqutin. «Poladəridənlər», Gennadi Bokarev.

Tamaz. «Sərbəst mövzu», Aleksandr Çxaidze.

Ölüm mələyi. «İlahi komediya», İsidor Ştok.

Rüstəm. «Vəfalı Səriyyə», Cəfər Cabbarlı.

Arbeni. «Maskarad», Yuri Lermontov.

Aləmtac. «Mehrişah», Oqtay Məmmədov.

Bəbir. «Ayıl, bax bu dünyaya», Hacıbaba Nəzərli.

Zakir. «Toy şənbə günü olacaq», Mustay Kərim.

Ərəblinski. «Ərəblinski», Əli Nur.

Rəhim. «Ağa Kərim xan Ərdəbi1i», Nəcəf bəy Vəzirov.

Şıxlinski. «Bütün Şərq bilsin», Nəriman Həsənzadə.

Şafrov. «Vətənə qayıtmaq istəyirəm», Vladimir Koşuta.

Qaratay. «Afət», Hüseyn Cavid.

Stenli. «İstək tramvayı», Tennessi Uilyams.

Saqadayev. «On üçüncü sədr», Azat Abdulin.

Atabala. «Doğmalar», Rəhman Əlizadə.

Oqtay. «Oqtay Eloğlu», Cəfər Cabbarlı.

Mustafa. «Çahargah fantaziyası», Kərim Kərimov.

Rüstəm bəy. “Dursunəli Mamağanskinin macəraları”.S.M.Qənizadə.

Etibar. «Mənim arxalandığım», Nəbi Xəzri.

Direktor. «Qəbul təxirə salınır», Camal Yusifzadə.

Aktyor Əli Nur Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı tamaşalarda da silsilə rolların ifaçısıdır.

Şirzad bəy. «Şeyx Xiyabani», İlyas Əfəndiyev.

Nizami Gəncəvi. «Atabəylər», Nəriman Həsənzadə.

Qazan xan. «Torpağa sancılan qılınc», Nəbi Xəzri.

Nəsimi. «Fəryad», Bəxtiyar Vahabzadə.

Mustafa. «Çahargah fantaziyası», Kərim Kərimov.

Mirzə Fətəli Axundzadə. «Mənsiz dünya», Nəbi Xəzri.

İ.Stalin. «Tufannan əvvəl», Arif Süleymanov

Rəhimzadə. «Bizim qəribə taleyimiz», İ.Əfəndiyev

Kumar. «Qanqın böyük dalğası»; Cahan Əfruz

Qələndər. «Gülüstanda qətl», Cəmil Əlibəyov.

Abdi əfəndi. «Qanlı Nigar», Sadıq Şendil.

Doktor Altay. «Tənha iydə ağaci», İ.Əfəndiyev

Səlim Babayev. «Sevgililərin cəhənnəmdə vüsalı», İ.Əfəndiyev

Mirzə Məhəmməd. «Anamın kitabı», Cəlil Məmmədquluzadə.

Şair. «Sokratın anma gecəsi»  Çingiz Aytmatov və Muxtar Şahanov.

Çapar. «Şah Edip» («Şah Edip»), Sofokol.

Kərim. «Lənkəran xanının vəziri», Mirzə Fətəli Axundzadə.

Pirqulu. «Aydın», Cəfər Cabbarlı.

Mustafa Kamal. «Ulduz, yaxud Ədimə fəthi», Cəfər Cabbarlı.

Şəfiyev. «Bu dünyanın adamları», Hidayət Orucov.

Babək. «Dar ağacı», Bəxtiyar Vahabzadə.

 

Əlimərdan bəy. «Eşq və intiqam», Süleyman Sani Axundov.

Qara xaqan. «Özümüzü kəsən qılınc» – («Göy Türklər»), Bəxtiyar Vahabzadə.

 

Nostradarmıs. «Hələ «sevirəm» deməmişdilər…», Ramiz Novruz.

M.F.Axundov. «Brüseldən məktublar», H.Həsənov

Səttar. «Rəqabət», B.Vahabzadə

Patifor, Şezar. «Misir gecələri» M.S.Ordubadi, V.Şekspir.

Sarıqlı Molla «Dirilən adam», M.Cəial

Rüstəm Xan. «Eloğlu», A.Şaiq

Şahi. «Füzuli», M.M.Seyidzadə

Səməd Mənsur. «İmzanın hökmü», T.Kazımov

Dədə Qorqud. «Novruznamə», S.Cavadlı

Kəlbəli Xan. «Qarabağnamə», İ.Əfəndiyev

İsrail. «Teleskop», Elçin

İstinyenli Əşrəf. «Qanlı Nigar», S.Şendil

Tenerio. “Donjuan və həndəsə”. M.Firiş

Çar Georqi.”Gəncə qapıları” H.Mirələmov

Hacı Həsən Ağa “Ölülər”. C.Məmmədquluzadə

Əli Nur müxtəlif illərdə Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Cəfər Cabbarlının «Mənsur və alinur3Sitarə» (Mənsur), Füzuli Sərkərovun «Xatirələrdən gəlmiş qonaq» (Mənsur), Nikolay Qoqolun «Novellalar» (Qoqol), Əhməd İsayevin «Torpağın da canı var» (Mahmud), Əkrəm Əylislinin «Ürək yaman şeydir» (Əjdər), İlyas Əfəndiyevin «Qaçaq Süleyman» (Qaçaq Süleyman), Hüseynbala Mirələmovun «Güllələnmiş heykəllər» (Mirmöhsün Nəvvab) əsərlərin tamaşalarında oynayıb. «Doğan günəş» (General), «Məhəbbətim, taleyim mənim» (Rahib) serial telefılmlərinə çəkilib.

«İşarə dənizdən gözlənilir» və «Cavad Xan», “İflas” filmlərində çəkilmişdir.

Əli Nur səhnəyə gəldiyi gündən bütün dövlət və ictimai tədbirlərin iştirakçısı olub.

Əli Qayıb oğlu Nurzadə (Əli Nur) 24 dekabr 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub.

 

Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.

 

2010-11, 2013-cü   il Respublika Prezidentinin mükafatçısıdır.