Məmmədrzayev Pərviz

Pərviz MəmmədrzayevPərviz_Məmmədrzayev

Azərbaycanın Əməkdar artisti

Həyatı

Pərviz Məmmədrzayev 1994-cü ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr-kollektivinin rejissoru fakültəsini bitirmişdir. 1994-cü ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışır. Teatr-studiya 2000-ci ildə Dövlət statusu almışdır. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan Pərviz Məmmədrzayev bu müddət ərzində S.Mrojekin “Karol xofu”, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?”, B.Xanızadənin “Nağaraçılar”, “Bayraqdarlar”, “Şərqə səyahət”, S.Musabəyovun “Şəngül, Şüngül, Məngül”, Ş.Əttarın “Uçuş”, Üzeyir Hacıbəyovun “Dulusçu”, Uilyam Şekspirin “Eşq” tamaşalarında uğurla çıxış edərək özünü peşəkar aktyor kimi təsdiq etmişdir.

Pərviz Məmmədrzayev 1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs almışdır. Kollektivlə birgə dünyanın bir çox ölkələrində keçirilən müxtəlif festival və seminarlarda iştirak etmişdir. Gürcüstanda keçirilən “Teatr+Video” festivalı, Rusiyada Azərbaycan Mədəniyyəti Günləri, Fransada Dədə Qorqud dastanın 1300 illik yubiley şənlikləri, Türkiyədə IV Ankara Teatr Festivalı, Bolqarıstanda “İfaçılıq sənətləri üzrə yay akademiyası” seminarları, Gürcüstanda “Qızıl Maska” Beynəlxalq Teatr Festivalı, İranda I Beynəlxalq Pantomima Festivalı, Almaniyada “VIII – Unidram” Festivalı, Türkiyədə VI Ankara Teatr Festivalı, İranda “Dostluq” Teatr Festivalı, Misirdə Eksperimental Teatr Festivalı və bir sıra başqa beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil etmiş, Pantomima Teatrını bu ölkələrdə tanıtmışdır.

2010-cu ilin mart ayından müstəqil fəaliyyətə başlamış, həmin ilin may ayında “Simsar” teatr-studiyasını yaratmışdır. Teatr-studiya “Vaqa” adli ilk tamaşasını 2011-ci il yanvarın 27-də göstərmişdir.

16 may 2006 ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı verilib.

2013 – cü ildən Akademik Milli Dram teatrının studiyasında ritm və plastika üzrə müəllim və həmin teatrın aktyoru kimi çalışır;

2001– ci ildən isə həm də ADMİU– nun “Xoreoqrafiya sənəti və səhnə plastikası” kafedrasında müəllim kimi (Səhnə hərəkəti,səhnə döyüşü, qılınc təlimi, plastika və pantomima fənnləri üzrə) fəaliyyət göstərir.

Filmoqrafiya

  1. Fatehlərin divanı (film, 1997)-Şaman rəqsinin ifaçısı(dublyor)-(rej.R. Həsənoğlu)
  2. Nigarançılıq (film, 1998)-nökər İsmixan- (rej.R. Həsənoğlu)
  3. Dirsə xanın oğlu Buğacın boyu (film, 2000)-Buğac rolu-(R. Həsənoğlu)
  4. Salur Qazanın evi talandığı boy (film, 2001)-Döyüşçü- (rej. R.Həsənoğlu)
  5. Dronqo (serial, 2002)-Pərviz Acalov- (rej. Z. Royzman)(Rusiya)
  6. Manqurt (film, 2003)-Nağılçı,Manqurt-
  7. Oyun (film, 2003)– Seyid Hüseyn- (rej. A.Zamanlı)
  8. Fırtına Adamları (2004)-Qafqazlı quldur-(Türkiyə)
  9. Arxada qalmış gələcək (film, 2005)-Albert- (rej. R.Əsədov)
  10. Rus Tərcüməsi (2005)-mayor Sadek (ərəb)-(rej. A.Çernyayev)(Rusiya)
  11. Yalan (film, 2006)-çavuş Mirzəyev -(rej. R.Əzizbəyli)
  12. Bəylik dərsi (film, 2007)-Yel Əhməd- (rej. R.Həsənoğlu və Ş.Qurbanəliyev)
  13. Cavid ömrü (film, 2007)-Aktyor- (rej.R.Həsənoğlu)
  14. Düyün (film, 2008)(qısametrajlı film)-Əli -(rej.Ə.Cabbarov)
  15. Qala (film, 2008) – Osman -(rej.Ş.Nəcəfzadə)
  16. Hökmdarın taleyi (film, 2008) – Fətəli şah – (rej. R.Fətəliyev və D.Fatxullin)
  17. Qış Fantaziyaları-Kloun Zır-Zır -(R.Həsənoğlu)
  18. Bir addım (film, 2009) (qısametrajlı film) – Yusif – (rej. F.Əhmədov və N.Bağırzadə)
  19. Psixiatr (2009) (qısametrajlı film) – Cəmil – (rej. Zamin Məmmədov)
  20. Yaddaş (film, 2010) (tammetrajli film və serial eyni zamanda) – Həsən – (rej. V. Mustafayev)
  21. “Biz qalamiziq”-(qısametrajlı film)- Məmməd-(rej. Z.Qaralov)
  22. Qorxma, mən səninləyəm! 1919 (film, 2013)-Qoçu Samir-(rej. Y.Qusman)
  23. Qaranlıqlar çiçəyi (teleserial, 2011)-Hüseyn-(rej. M.Ulukhan)
  24. Sübhün səfiri (film, 2012)(tammetrajlı film)-Xanbaba-(rej.R.Həsənoğlu)
  25. Dərvişin qeydləri (film, 2013)(tammetrajlı film)-Dərviş Abdulla(rej.E.Quliyev)
  26. Aydın (serial, 2013)
  27. Əli və Nino (film, 2015)

Azərbaycan Dövlət Pantomim Teatrı

  1. “Nağaraçılar”-Dikbaş şagird,Müəllim
  2. “Kvaksafon”-Şikəst Qurbağa.
  3. “Şərqə səyahət”–Rəngsaz,1-ci Samuray,Keşikçi.
  4. “Gəldim ki,olam ğəmin hərifi”–Məcnun.
  5. “Karol”–Nəvə
  6. “Şəngül,Şüngül,Məngül”–Canavar.
  7. “Kimdir müqəssir”–Mahmud.
  8. “Uçuş”–1-ci Saliq.
  9. “Dulusçu”–Dulusçu.
  10. “Eşq”–Ulduz,Vərəq,Mürəkkəb damcısı.
  11. “Kölgə”–Heykəl.
  12. “Asılqan”–kloun Zır-Zır.
  13. “Pyerettanın örtüyü”–Naməlum,Arlekin(beynəlxalq proyekt-Rusiya-Gürcüstan-Azərbaycan)və s.
  14. “Afinalı Timon”–Rəssam,Senator.
  15. “Vaqa”– Marionet.
  16. “Şaşa-bulbul”–Şaşa(alov).
  17. “Tanqo-detektivo”– Detektiv.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
İlahi oyun Ozan-oğul 2014 Mikayıl Mikayılov
Generalın son əmri fərari 19 sentyabr 2014 Ramiz Həsənoğlu Vaqif Səmədoğlu

Quruluşları

  1. S.Mrojek “Karol”–rejissor işi
  2. “Bəylik dərsi”teletamaşasında rəqslərin quruluşu
  3. V.Hüqo “Qvazimodo” qılınc döyüşü və rəqslərin quruluşu(Akademik Milli Dram teatrı)
  4. M.F.Axundov “Müsyö Jordan və Dərviş Məstəli şah” rəqslərin quruluşu(Akademik Milli Dram teatrı)
  5. T.Cücenoğlu “Uçqun” rəqs quruluşu(Akademik Milli Dram teatrı)
  6. H.Cavid “Şeyda” rəqs quruluşu və plastik həll (Akademik Milli Dram teatrı)
  7. “Onun ürəyi” (qısametrajlı, musiqili film-nağıl) döyüş-rəqsin quruluşu.
  8. “Vaqa”
  9. “Şaşa-Bulbul”
  10. “Tanqo-detektivo”
  11. “Mənim”
  12. “Tutuquşular”
  13. “Xəsis musiqiçi”