Məmmədov Ayşad

ayshad mamedovAyşad Kamal oğlu Məmmədov  

 Azərbaycanın əməkdar artisti

Həyatı

Ayşad Kamal oğlu Məmmədov 6 dekabr 1954-cü ildə Mərdəkanda anadan olub. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində (19781982) təhsil alaraq, Nəsir SadıqzadəVaqif Abbasov kimi sənətkarlardan sənətin sirlərini öyrənmişdir. Şəki Teatrında (1982-1989) çalışıb. 1989-cu ildən etibarən Gənclər Teatrında aktyor kimi fəaliyyət göstərib.2011-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışır. Əməkdar artist (2000), prezidentmükafatçısıdır. 6 may 2015-ci ildə[1] növbəti dəfə Prezident Mükafatına layiq görülmüşdür.

Akademik Milli Dram Teatrındakı fəaliyyəti

Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı Romeo, Malkolm, Pek, Laert (V.Şekspir “Romeo və Cülyetta”, “Maqbet”, “Yay gecəsində yuxu”, “Hamlet”), Müsyö Jordan (M.F.Axundov “Müsyö Jordan və dərviş Məstəli şah”), Aydın (C.Cabbarlı “Aydın”), İsgəndər (C.Məmmədquluzadə “Ölülər”), Təlxək (M.F.Axudov “Ox və hədəf”), Kral (Q.Qorin “Aktyor və kral”), Padşah (Anar “Yaxşı padşahın nağılı”), cəllad (“Generalın son əmri”, Vaqif Səmədoğlu) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Filmoqrafiya

  1. Ailə (film, 1998) (tammetrajlı bədii film)-rol: qaçqının tanışı
  2. Bəxt üzüyü (film, 1991)
  3. Bir anın həqiqəti (film, 2003)
  4. Güllələnmə təxirə salınır!… (film, 2003)
  5. Həsrətli gözlərin rəsmi (film, 2003)
  6. Oyun (film, 2003)
  7. Yanmış körpülər (film, 2003)
  8. “Moskva-Bakı” qatarı (film, 2005)
  9. Yalan (film, 2006)
  10. Məhkumlar (film, 2007)
  11. Sirat körpüsü (film, 2007)
  12. Günaydın, mələyim! (film, 2008)
  13. Evləri göydələn yar (film, 2010)
  14. İstanbul reysi (film, 2010)
  15. Qayınana (film, 2011)
  16. Qağayı (serial, 2012)
  17. Sübhün səfiri (film, 2012)
  18. Tək olanda qorxma… (teleserial, 2013)
  19. Çaqqal nəfəsi (serial, 2013)