Hüseynov Tofiq

Tofiq Əbdülrəhman oğlu Hüseynov
Dram artisti

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olmuşdur.

Hüseynov Tofiq Əbdülrəhim oğlu 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. Tofiq Hüseynov bir çox teatrların səhnəsində çalışmış, müxtəlif obrazlar oynamışdı. Bunlar: Rza bəy (“O olmasın, bu olsun”, Ü.Hacıbəyov), Əzrayıl («Bu meydan, bu şeytan”, F.Aşurov ), Mərd Mazarov ( «Adamın adamı», Anar), Hacı Namazalı («Danabaş kəndinin məktəbi» C.Məmmədquluzadə), Tülkü («Cücələrim» T.Mütəlibbov ), Cəbi («Hacı Qəmbər», N.Vəzirov ), Şah Kreon (J.Anuy «Medeya»), Vəzir Zəban (O.Altunbay «Tomris») obrazlarıdır. T.Hüseynov «O dünyadan salam» (Əli bəy), «Marş» (Komandir), «Dəvətnamə» (Briqadir) filəmlərinə çəkilmişdir. O televiziya tamaşalarında isə («Metranpaj») Kameyev, («Şkafda adam») Ər və başqa obrazlarını ifa etmişdir.

Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb. Onlardan:

Komiyonçu («Kəllə», N.Hikmət), Knyaz Orbeliani («Brüsseldən məktublar»H.Həsənov), Oqtay («Rəqabət» B.Vahabzadə), Hacı Kərim («Ölülər», C.Məmmədquluzadə), Rüstəm xan ( “Eloğlu”, A.Şaiq), Qala rəisi ( “Xurşidbanu Natəvan”, İ.Əfəndiyev ), Bekar Ağabala ( “Dirilən adam”, Mir Cəlal), Katib (“Ölüləri qəbiristanlıqda basdırın”, İ.Şıxlı) , ( “Dəlilər və ağıllılar”, İ.Əfəndiyev) Ağamusa Fərəcov, Əcəl ( “Alın yazısı”, T.Minnullin).

Aktyor «Meteranpaj» (Kamayev), «3-mollanın sərgüzəşti» (Mola Vəli), «Şkafda adam» (Ər), Mola Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında və «Marş» (Komandir), «Dəvətnamə» (Briqadir), «O dünyadan salamlar» (Əli bəy), «Bahar ərəvəsində » (Direktor) filmlərinə çəkilib.

2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adını almışdır.