Həsənova İradə

Həsənova İradə Aslan qızıirade hesenova

aparıcı səhnə ustası

Həyatı

İradə Həsənova 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnəsində Almaz, Səriyyə (C.Cabbarlı “Almaz”, “Vəfalı Səriyyə”), Kama (Ə.Əylisli “Bağdada putyovka var”), Məryəm (S.S.Axundov “Tamahkar”), Balaxanım (Anar “Adamın adamı”) və s. obrazlar yaratmışdır. 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışan İ.Həsənova müxtəlif səpgili obrazlarda çıxış etmişdir. Amella (F.Lorka “Dişi canavar”), Zivər (C.Məmmədquluzadə “Anamın kitabı”), Qaraqoyunlu bibi, Luiza, (Ə.Əmirli “Ağqoyunlular və qaraqoyunlular”, “Mesenat”), Banuçiçək (B.Vahabzadə “Özümüzü kəsən qılınc”), İnci (C.Cabbarlı “Ədirnə fəthi”), Falçı (X.Qoca “Hərənin öz payı”), Paolina (N.Hikmət “Kəllə”), Kokola (O. İoseliani “Kaş araba aşmamayaydı”) kimi obrazlar yaratmışdır. İ.Həsənova “Kişi sözü”, “Ah məhəbbət, məhəbbət” filmlərində və “Unudulan adam”, “Qu quşunun məhəbbəti” televiziya tamaşalarında da xarakterik obrazlar yaratmışdır. 25 iyun 2013-cü ildə əməkdar artist fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Kişi sözü (film, 1987)
  2. Unudulan adam (film, 1987)
  3. Yurd yeri (film, 1997)
  4. Qırmızı qar (film, 1998)
  5. Nə gözəldir bu dünya… (film, 1999)