Firuz Xudaverdiyev

Firuz İslam oğlu Xudaverdiyev Xudaverdiyev

Azərbaycanın əməkdar artisti

Həyatı

1969-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

Teatr səhnəsindəki rolları

Təyinatla Mingəçevir Dövlət Dram Teatrına gedən aktyor aşağıdakı rolları oynayıb:

O, 1976-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib və teatrın səhnəsində bu rolları oynayıb.

  • Bir kişi (“Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə)
  • Qoca (“Fitnə”, Abdulla Şaiq)
  • Əsgər (“Maqbet”, Uilyam Şekspir)
  • Xəstə (“Biganələr oteli”, Rüstəm İbrahimbəyov)
  • N.Kokin (“Daşqın”, A. Safronov)
  • Çolaq (“Yad adam”, L. Frank)
  • 1-ci polis (“Səhra yuxuları”, Anar)
  • Ter Vahan və Mamayı (“Xurşidbanu Nətavan”, İlyas Əfəndiyev)
  • Mola (“Mirzə Şəfi Vazeh”, Nəbi Xəzri)
  • Hans (“Gecənin sirri”, A. Safronov)
  • 1-ci Qanun (“İblis”, Hüseyn Cavid)
  • Kərbəlayı Bəndalə (“Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev)
  • Aşpaz Abbas (“Sehrli alma”, Y. Lada)
  • 1-ci ərizəçi (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundov)
  • Qulam (“Aydın”, Cəfər Cabbarlı)
  • Həkim (“Kəllə”, Nazim Hikmət)
  • Molla (“Brüsseldən məktublar”, Həsən Həsənov)
  • Reynaldo (“Hamlet”, Uilyam Şekspir)
  • Kərbəlayi Vəli (“Ölülər”, Cəlil Məmmədquluzadə)
  • Hacı Hüseyn (“Dirilən adam”, Mir Cəlal)
  • Müəllim (“Nazirin xanımı”, Branislav Nuşiç)
  • Yaşlı kişi (“21:15 qatarı”, Toyqun Orbay)

Aktyor “Dəvətnamə” (Müəllim), “Həmyerlilər” (Sarı Sarızadə), “Ordan burdan” (Müəllim), “Pəncərədə işıq” (Firuz) teletamaşalarında oynayıb.

Firuz Xudaverdiyev 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya

  1. İşgüzar adamlar (film, 1977)
  2. Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
  3. Sübut (film, 1982)
  4. Kişilər (film, 1984)
  5. Mənim günahım (film, 1985)
  6. Ordan-burdan (film, 1987)
  7. Pəncərədə işıq (film, 1987)
  8. Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: kənd sakini
  9. “Fransız” (film, 1995)
  10. Bağdada putyovka var… (film, 2000)
  11. Qeybdən gələn səs (film, 2002)
  12. Dəvətnamə (film, 2003)
  13. Sonuncu şahid (film, 2004)
  14. Cavid ömrü (film, 2007)
  15. Biz qayıdacağıq (film, 2007)
  16. Biz qayıdacağıq (veriliş, 2007) (II)
  17. Günaydın, mələyim! (film, 2008)
  18. Vəkil hanı? (film, 2011)
  19. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  20. Bir ovuc torpaq (teleserial, 2013)
  21. Ümid işığı (film, 2014)