Cəbrayılov Elşən

image-13-06-16-21-03-3Elşən Şahin oğlu Cəbrayılov  

Aparıcı səhnə ustası

 

Cəbrayılov Elşən Şahin oğlu 12 iyul 1977-ci ildə Bakı şəhərində aktyor Şahin Cəbrayılovun ailəsində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Xalq artisti professor Cənnət Səlimovanın rəhbərliyi ilə dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Universitetdə təhsil ala-ala Musiqili Komediya Teatrında balet artisti vəzifəsində çalışıb. Çalışdığı müddət ərzində Fərəc Qarayev, Eduardo De Filippo “Filumena Marturano”, Oktay Kazımov, Ramiz Heydər “Qızıl toy” Sultan Hacıbəyov, Məhərrəm Əlizadə “Qızılgül”, Emin Sabitoğlu, Vladimir Kalmanovski “Odnajdi v Baqdade” İmre Kalman “Çıqan premyer”, İmre Kalman “Silva” və s. kimi tamaşalara qurulan rəqslərdə oynamışdır.

image-13-06-16-21-03-8İkinci kursda oxuyanda (1995-ci ildə) Akademik Milli Dram Teatrına dəvət olunaraq, N.Hacızadənin «Qisas qiyamətə qalmaz» tamaşasında Nurlan rolunu ifa edib. 1997-ci ildə Akademik Milli Dram Teatrında Səməd Vurğunun “Fərhad və Şirin” tamaşasında Şiruyyə rolunu ifa etmişdir.

Elşən Cəbrayılov 1999-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor qəbul olunub. O, teatrda aşağıdakı rolları oynayıb.

3-cü ərizəçisi («Lənkəran xanının vəziri», M.F.Axundov), İlyas («Aydın», C.Cabbarlı), 2-ci aktyor və Kapitan («Hamlet», V.Şekspir), Kommunist oğlan (“Hərənin öz payı”, X.Qoca), Kəndli (“Hökmdar və qızı”, İ.Əfəndiyev ), Poçt işçisi (“Poçt şöbəsində xəyal ”, Elçin), Mələk oğlan (“36-dan 6-sı”), Patrik («Brüsseldən məktublar», H.Həsənov), Vəkil («Varlı qadın», Ə.Əmirli), Fikrət («ikinci səs», B.Vahabzadə), Oğlan («İnsan səsi», J.Kokto), Miri bəy ( “Dirilən adam ”, M.Cəlal), Müsyö Jordan ( “Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə), Topuş (“Arılar arasında”, Elçin), Oğul (“Teleskop”, Elçin), Rəşid Axundzadə (“Qürbətdən gələn məktublar”, H.Həsənov), Yago (“Sənətkarın taleyi”, Elçin), Kote (“Xanuma”,  Saqarelli), Veneralı (“Şekspir”, Elçin), Rodriqo (“Don Juan”), Narçin (“Qanlı Nigar”, S.Şendil), Mayor Lisaneviç (“Qarabağnamə”, İ.Əfəndiyev), Bred Vinner (“Qocanı öldürməliyik”, C.Patrik), Xlestakov (“Müfəttiş”, Qoqol).

image-13-06-16-21-03-4Elşən Cəbrayılov 1994-cü ildən dövlət səviyyəli konsert və tədbirlərin aparıcısıdır. “Space” telekanalında “Qızıl zəng” verilişinin aparıcısı olub. Bir müddət Dövlət Filarmoniyasında və Bakı Dövlət Sirkində aparıcı vəzifəsində çalışıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilən “Bakı, mən səni sevirəm” filminin “Məhəbbət əfsanəsi” bölümündə Oqtay roluna çəkilib. Azərbaycan Dövlət Televiziyasının “Ünvansız eşq” teleserialında Həkim Ruslan obrazını canlandırıb.

2008-ci ildə Prezident mükafatına, 2009-ci il 05 May tarixində isə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.