Bağırov Pərviz

Pərviz Sadıq Saleh oğlu Bağırov

  Dram Artisti

       Pərviz Sadıq Saleh oğlu Bağırov 12   oktyabr 1950-ci ildə Bakı şəhərində anadan olub.

1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir.

Təyinatla Akademik Milli Dram Teatrına gələn aktyor teatrın səhnəsində aşağıdakı rolları oynayıb.

7-ci qardaş («Yatmış gözəl və yeddi qardaş», A.Puşkin), 1-ci işçi («Knyaz», H.Cavid), Dustaq («Qılınc və qələm», M.S.Ordubadi), Həsrət («Gölgələr pıçıldaşır», S.Dağlı), Rasim («Şəhərin yay günləri», Anar), Hacı Bağdad («Dəli yığıncağı», C.Məmmədquluzadə), Əyyar («Fitnə», A.Şaiq), Kamal («Əliqulu evlənir», S.Rəhman), Lennoks («Maqbet», V.Şekspir), 3-cü zabit («İblis», H.Cavid), Mahmud («Atabəylər», N.Həsənzadə), Altay («Od gəlini», C.Cabbarlı), Ağadadaş Nəcəfov («Dəlilər və ağıllılar», İ.Əfəndiyev), Çar Uluz («Pompeyin Qafqaza yürüşü», N.Həsənzadə), Şeytan («Özümüzü kəsən qılınc», B.Vahabzadə), 1-ci kafir («Burla Xatun», N.Xəzri), Talap («Sokratı anma gecəsi», Ç.Aytmatov), Qonşu («Mənim ərim dəlidir», Elçin), Kamran Qızılsəs («Köhnə ev», Ə.Əmirli), Məşədi Oruc (“Ölülər”, C.Məmmədquluzadə), Minas («Hələ “Sevirəm” deməmişdilər», Ramiz Novruz), Dadaşzadə və Sarvan («Bu dünyanın adamları», Hidayət), Qəhrəman («Eloğlu», A.Şaiq), Canişin («Xurşidbanu Natəvan», İ.Əfəndiyev), Əbunəvvas («Füzuli və Əsmər», M.M. Seyidzadə).

Çəkildiyi «Xor-xor», «Sarıköynək və Valehin nağılı», «Kişilər», «Xoşbəxtlər», «Əcəb işə düşdük», «Polad necə bərkidi» kimi televiziya tamaşaları, «Komediyalar aləminə səyahət», «Kitablar aləmində» və «Səhər görüşləri» kimi verilişlər televiziyanın qızıl fondunda saxlanılır.

Pərviz Bağırov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilmişdir.