Ağabəyli Mirzə

Mirzə Qasım oğlu Ağabəylimirze

Dram artisti

Mirzə Qasım oğlu Ağabəyli 1950-ci il avqustun 29-da Bakı şəhərində anadan olmuşdur.

1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1975-ci ildə həmin institutu bitirib. Təyinatla bir müddət S.Rəhman adına Şəki Dövlət Dram Teatrında və M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki Tədris Teatrında aktyor vəzifəsində işləyib.

1982-1992 ci illərdə Azərbaycan Dövlət Akademik Milli Teatrına çalışmış və Teatrın səhnəsində aşağıdakı obrazları oynamışdır: Dəllək Fətulla ( “Kərgədan buynuzu” , M.İbrahimbəyov), Səfər (“Əliqulu evlənir”, S.Rəhman), Fariz, Musa, İran taciri Mahmudi, Qaçaq Rəsul ( “Büllur sarayda”, “Bizim qəribə taleyimiz”, “Ş.M.Xiyabani”, “Mahnı dağlarda qaldı”, İ.Əfəndiyev), Qoçu Mirzoppa (“Közərən ocaqlar”, M.İbrahimov), Təlxək və Kürd Musa (“Vaqif“, S.Vurğun), Qatil ( “Maqbet”, V.Şekspir), Uçitel ( “Sizi deyib gəlmişəm“, Anar), Hacı Salah və Şikayətçi (“Vəziri xani Lənkəran” , M.F.Axundzadə), Fərraşbaşı (“Torpağa sancılan qılınc“, N.Xəzri), Rüstəm ( “Qarabağ əfsanəsi“,Q.Rəsulov), Dönməz (“Od gəlini“, C.Cabbarlı), Hüseynbala ( “Çahargah fantaziyası“, K.Kərimov), Şah ( “Məlikməmməd“,H.Atakişiyev), Nəzər ( “Sehirli alma“, A.Kazımov), Laz (“Qanlı Nigar”, S.Şendil), Sərkərdə ( “Atabəylər“, N.Həsənzadə), Yaralı əsgər (“Iblis“, H.Cavid), Sovet zabiti (“Insan“, S.Vurğun), Əmnağa ( “Günah“, R.Əlizadə), Kəndli Əbdülağa ( “Bəxtsiz cavan“, Ə.Haqverdiyev), Lal Sükutu (B.Vahabzadə, “Fəryad“), Molla Rzaəli (V.Səmədoğlu, “Yayda qartopu oyunu”), Sürücü Fərəc (“Günəbaxanlar“, R.Səməndər), Əli Əliyev (“Zəncirbənd“, Anar), Mahmud  (“Gülüstanda qətl”, C.Əlibəyov)

1992-ci ildə işdən azad olunmuş və Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəsi işləmişdir.

2008-ci ildə yenidən Akademik Milli Dram Teatrına qayıtdıqdan sonra Ağa Musa Nağıyev ( “Mesenat“, Ə.Əmirli), Məcid Əfəndi (“Şeyda“, H.Cavid), dərviş Məstəli şah (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə) rollarını ifa edib. Akademik teatrdakı fəaliyyətim ilə paralel olaraq, «Azərbaycanfilm»in istehsal etdiyi bir neçə filmlərdə də çəkilib:

“Yük” (Ağa Musa Nağıyev), “Qəzəlxan” (Ağahüseyn), “Biz qayıdacağıq“ (Yusif baba), “Ovsunçu“   (Xəstə Qasım), “Aparıcı“ (Usta Güloğlan), “Küçələrə su səpmişəm” (Kərim müəllim), “Ərazi” (Ağakərimli), “Nəsimi“ (Kiçik dərviş), “Ölüm növbəsi“ (Məcid kişi), “Mustafa Şokay“ (İmam Rəsul).

“Mozalan”satirik kino jurnallarında, “Ekran“ yaradıcılıq birliyi və televiziya filmlərində çəkilib: “Sonuncu hücum” (Polkovnik, Yusifbəyli), “Moskva–Bakı qatarı” (Yol bələdçisi Allahverdi), “Bomba” (Kar Əliş), “Seyid Nigari” (Şair Bahari), “Sarı gəlin“ (Ələkbər), “Aşığın arzuları” (Mərdan), “Ana“ (Qanpolad), “Evləri köndələn yar“ (Rasim), “Yollar görüşəndə”           (Əlirza), “Adı sənin, dadı mənim“ (Müfəttiş Rafiq), “Doqquzuncu palata” (Erkaş), “Gələcək, hələ qabaqdadır” (Zindan rəisi Maksim), “Sözlə, fırça ilə” (Qoçu Məmməd).

Mirzə Qasım oğlu Ağabəyli 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adını almışdır.