Abdullayev Kazım

Kazım Ənvər oğlu Abdullayev
Dram artisti

Kazım Ənvər oğlu Abdullayev 1953-cü ildə aprel ayının 6-da Bakı şəhərində anadan olub.

1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir.

1976-ci ilin yanvar ayından H.Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunub və 1996-ci ilin yanvar ayına qədər orda çalışmışdır. Sumqayıt Dövlət Dram Teatrında oynadığı rollar bunlardır:

Oqtay («Oqtay Eloğlu», C.Cabbarlı), Ərtoğrul ( «Afət»,H.Cavid), Marat ( «Park», R.İbrahimbəyov ), Muxtar ( «Təhminə və Zaur», Anar), Şadi («Bayramın birinci günü», N.Hikmət), Əzizbəyov ( «Bütün şərq bilsin», N.Həsənzadə), Nazim («Vəzifə», Ə.Əylisli), Şərif ( «Müvəqqəti ər», R.N.Gültəkin), Kəlbi Kəhər («Qınamayın məni», Ş.Arif), Altundaş («Mehrişah», O.Altunbay), Hacı Kərim, Məşədi Oruc («Ölülər», C.Məmmədquluzadə), Mehman («Doğmalar», R.Əlizadə), Vəli Zakirov («13-cü sədr », A.Abdulin), Fuad («Almaz», C.Cabbarlı), Teymur («Çahargah fantaziyası», K.Kərimov), Əbutalib («Əsrə bərabər gün», Ç.Aytmatov), Harun Ər-Rəşid («Bir saatlıq xəlifə», A.Şaiq), Beçir («Varlı ev», G.Xuqayev), Cəlal («Uçurum», H.Cavid), Fağır Bağır («Adamın-adamı», Anar), Manaf («Səhər qatarı», C.Yusifzadə) Usta Valeriy («Poladəridənlər», G.Bokarev), Xəzər («Dağlar və dalğalar», N.Xəzri) və s.

1996-2004-cü illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır. Bu teatrında akyor kimi çalışmış və müxtəlif obrazlarda iştirak etmişdir:

Şah Təhmaz ( «Nadir Şah», N.Nərimanov), Dəli Dondar ( «Dəli Domrul », A.Məmmədov), Yazon ( «Medeya», J.Anuy), Kir ( «Tomris», O.Altunbay), Mirzə Camal ( «Dönüş», C.Cabbarlı), Şeyx Əhməd ( «Ölülər», C.Məmmədquluzadə), Aptekçi ( «Domoklun qılıncı», N.Xikmət), Nadir («Mənim Ərdəbilim», S.Rəşidi), Şair ( «İnsan və İblis», Ə.Pəhləvan ) və s.

2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının artist heyətinə qəbul edilən Kazım Abdullayev aşağıdakı rollar oynayıb.

Hacı Bəxşəli («Ölülər», C.Məmmədquluzadə), Aleksas («Misir gecələri», N.Hikmət, U.Şekspir, M.S.Ordubadi), Şəmistan Ağa («Ölüləri qəbristanlıqda basdırın», İ.Şıxlı), Fətulla bəy və Murtuza Muxtarov («Mesenat», Ə.Əmirli), Nostradamus ( «Hələ “sevirəm” deməmişdilər…» R.Novruz), İkinci Rəşad («İkinci səs», B.Vahabzadə), Sultanəli («Dirilən adam», Mir Cəlal), Əkbər («Eloğlu», A.Şaiq), İbrahim xan («Hökümdar və qızı», İ.Əfəndiyev), Əzrayıl ( “Alın yazısı ”, T.Minnullin) , Knyaz ( “Xurşidbanu Natəvan”, İ. Əfəndiyev), Pənahi ( “Füzuli və Əsmər”, M.M.Seyidzadə), Kişi (“Uçqun ”, T.Cücenoğlu), Rauf ( “Şeyda”, H. Cavid) , Polis briqadiri (“Vinçenso de Pretore yaxud oğru cənnətdə”, Eduardo de Flippo).

Aktyor bir çox filmlərə də çəkilmişdir:

«Arvadım mənim, uşaqlarım mənim» (Şamil), «İsmayıl bəyin mücrüsü» (Ata), «Qorxma mən səninləyəm” (Məmməd), «Atları yəhərləyin» (Qurd Kərim), «Alman klinikasına qeyri-rəsmi səfər» (Qafarov), «Yük» (Aktyor), «Sonuncu döyüş» (Polis mayoru).

Azərbaycan televiziyasında çəkilmiş bir sıra bədii televiziya filmlərində, televiziya tamaşalarında iştirak etmişdir:

«Bəsdir, ağlama» (Vartan), «Ünvansız qız» (Sərraf), «Yanmış körpülər» (İsmayıl), «Başmak» (Molla), «Ağ dünya» (Hacı Qara), «Bağlı qapı arxasında iki nəfər» (Oğlan), «Xatirə» (Nadir) və s.

2002-ci ildə Kazım Abdullayev Azərbaycan Respublikasının Əməkdar Artisti adını layiq görülmüşdür.