Əliyeva Sevinc

Əliyeva_SevincSevinc Əli qızı Əliyeva

   Dram artisti

Sevinc Əli qızı Əliyeva 15 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olub.

1989-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq fəaliyyətinə Dövlət Gənclər Teatrında başlayan Sevinc Əliyeva, aşağıdakı rolları oynayıb.

Qaranquş («Əriməyən ürək», O.Uayld), Leyli («Leyli və Məcnun», M.Füzuli), Zöhrə («Dadaşbala əməliyyatı», R.Əlizadə ), Ana («Şəhidlər», R.Səməndər), Qurbanəli bəyin arvadı («Qurbanəli bəy», C.Məmmədquluzadə), Müxbir, Zara, Ana («Varlı qadın», «Meydan», «Yeddi məhbusə», Ə.Əmirli), Məşədi Orucun anası («Ölülər», C.Məmmədquluzadə),  Ofelya, Titaniya («Hamlet», «Yay gecəsində yuxu», V.Şekspir), və s.

2001-ci ildə Akademik Milli Dram Teatrın artist heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində xarakterik obrazlar oynamışdır.

Reyhan («Dəlilər və ağıllılar», İ.Əfəndiyev), Xanım («Mənim ərim dəlidir», Elçin), Fahişə («Kəllə», N.Hikmət), Xarmiana («Misir gecələri», N.Hikmət, V.Şekspir, M.S.Ordubadi), 2-ci Arzu («İkinci səs», B.Vahabzadə), Jujuna («Kaş araba aşmayaydı!..», O.İoseliani), Qara Mələk (“Şeyda”, H.Cavid”).

Sevinc Əliyeva «Halallıq» (Ninka), «Mənim dayım ol» (Katibə),»Olum-ölüm və ya hər şeyə rəğmən» ( Doktor), «Şans» (Qəmzə) teletamaşalarına və «Qara «Volqa» (Paxanın qızı) filminə çəkilib.

Sevinc Əliyevaya  2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adı verilmişdir.

2007-ci ildə O. İoselianinin «Kaş araba aşmayaydı » tamaşasında ifa etdiyi Jujina roluna görə Azərbaycan Teatr Xadimləri İttifaqının «Qızıl Dərviş» mükafatı ilə təltif olunub.