Əliyeva Münəvvər

Münəvvər Sabir qızı Əliyeva

  Dram artisti

Münəvvər Sabir qızı Əliyeva 25 may 1971-cı ildə Sumqayıt şəhərində anadan olub.

O,1992-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra bir müddət «Yuğ» Dövlət Teatrında aktrisa işləyib.

1994–cü ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür.

O, teatrda müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında Fərəh (“Dindirir əsr bizi”, D.Aslan), Səltənətbəyim («Hökmdar və qızı», İ.Əfəndiyev), Cana («Köhnə ev», Ə.Əmirli), Sona («Hələ «sevirəm» deməmişdilər …», R.Novruz), Selcan ( «Pompeyin Qafqaza yürüşü», N.Həsənzadə), Alagöz («Afət”, H.Cavid), («Ölüləri qəbristanlıqda basdırın», İ.Şıxlı) Həcər, Landa («Kaş araba aşmayaydı!..» O.İoseliani), lyalya (“ Arılar arasında”, Elçin) və s.

Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırlanmış A.Rafın «İblis qadın» (İblis qadın), Z.Yaqubun «Didərginlər» (Ruh), A.Məsudun «Cəza» (Katibə) teletamaşalarında oynayıb.

Münəvvər Əliyeva «Azərbaycanfilm» kinostudiyasında çəkilmiş «Sarı gəlin» (Sarı gəlin, Erməni qızı və Azəri türkü) filmində oynayıb.

15 may 2006-cı ildən Respublikanın Əməkdar Artistidir.